Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:37

Ali təhsillə bağlı 5 illik Dövlət Proqramı


İlham Əliyev,13 iyul 2018
İlham Əliyev,13 iyul 2018

Prezident İlham Əliyev “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı təsdiq edilib.

Sənədin giriş hissəsində qeyd edilir ki, müasir dövrdə təhsilin iqtisadi həyatda rolu artır və bu da ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasının əhəmiyyətini yüksəldir.

Sənəddə onun məqsədləri də göstərilir.

Başlıca olaraq Azərbaycanın ali təhsil müəssisələrində ölkənin ehtiyac duyulan ixtisas proqramları üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili qarşıya məqsəd kimi qoyulur.

Sənəddə vurğulanır ki, bu proses xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında həyata keçirilməlidir.
Prosesə xarci ölkələrdən professor-müəllim heyətinin cəlb edilməsi də nəzərdə tutulur.

Ən nəhayət, sənədə əsasən Beynəlxalq ikili diplom proqramlarının həyata keçirildiyi Azərbaycan ali təhsil müəssisələrində ölkənin inkişaf prioritetlərinə uyğun yüksək ixtisaslı kadrların müasir standartlar səviyyəsində hazırlanması təmin edilməlidir.

XS
SM
MD
LG