Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 23:59

Müsavat Partiyasına girişin məhdudlaşdırıldığı bildirilir - YENİLƏNİB


Azerbaijan.Musavat.Party.Logo
Azerbaijan.Musavat.Party.Logo

“Müsavat Partiyasının qәrargahı mühasirәyә alınıb, polislәr binaya girmәyә imkan vermirlәr”.

Bunu AzadlıqRadiosuna Müsavat Partiyasının mәtbuat xidmәtinin rәhbәri Mustafa Hacıbәyli deyib. Onun sözlərinə görə, belә vәziyyәt әn azından bir gün davam edәcәk:

"Bizә bildirilib ki, qәrargaha gәlmәk mәslәhәtli deyil vә girmәyә icazә vermirlәr. Lakin binada bir neçә nәfәr var".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən (DİN) münasibət almaq mümkün olmayıb.

---

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi AXCP sədri Əli Kərimlinin saxlanması ilə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, iyunun 28-də AXCP sədri Əli Kərimli Müsavat Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə dəvət edilib:

Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi

“Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhdin “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə zidd olduğu onun nəzərinə çatdırılıb. ... “Prokurorluq haqqında” qanunun tələblərinə uyğun olaraq ona rəsmi xəbərdarlıq edilib və sərbəst buraxılıb”, rəsmi qurumlar vurğulayır.

YAP SƏDRİNİN MÜAVİNİ: "MÜHARİBƏ VƏZİYYƏTİNDƏ OLAN ÖLKƏDƏ..."

“Müxalifətçi partiyanın sədri Əli Kərimli törətdiyi qanunsuzluqlara görə haqqında müxtəlif cərimələr təyin olunmuş şəxslərə maddi dəstək göstərmək adı altında xeyriyyə marafonu keçirmək istəyir. Törətdiyi qanunazidd əməllərə görə haqqında cərimələnmək kimi məhkəmə hökmü olanlara bu formada dəstək göstərmək məqsədilə çağırışlar səsləndirmək, marafon keçirmək qanunazidd hərəkətdir. Məqsəd insanlarda qanunun aliliyi prinsipinə, dövlət orqanlarına etimadsızlıq yaratmaqla asayişi pozmaq, qarışıqlıq yaratmağa cəhd göstərməkdir. Buna yol verilə bilməz və yol verilməməlidir”.

“Report” xəbər verir ki, bunu isə Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov
Əli Əhmədov

Onun sözlərinə görə, müharibə vəziyyətində, bir milyon məcburi köçkünü olan ölkədə xeyriyyə aksiyası keçirmək üçün kifayət qədər səbəblər mövcuddur...

---

“Narahatlıq üçün əsas yoxdur. Bizim hüquq mühafizə orqanları səhf başa düşüblər. Xeyriyyə marafonu ilə yürüşü qarışdırıblar”.

Bunu sərbəst buraxıldıqdan sonra AXCP sədri Əli Kərimli bildirib.

Əli Kərimli
Əli Kərimli

Əli Kərimlinin sözlərinə görə, ona Bakı şəhər prokurorunun müavini, Binəqədi Rayon Polis İadrəsinin rəisi və Binəqədi rayon prokuroru xəbərdarlıq verib:

“Güya biz hansısa yürüş keçirmək, idarə və müəssisələrin işini pozmaq istəmişik. İctimai qaydanı pozmağa çalışmışıq. Mən də izah etdim ki, heç bir qanunsuz hərəkətimiz olmayıb. Biz qanunsuz cərimə edilənlərə xeyriyyə marafonu keçirmişik. Biz yürüş edəndə bəri başdan bəyan edirik. Xəbərdarlığı da qanunsuz hesab elədim”.

Əli Kərimlinin fikrincə, baş verənlər Azərbaycan hakimiyyətinin sivil rəqabətə hazır olmadığını göstərir:

“Əslində hakimiyyətin polis mahityyəti növbəti dəfə üzə çıxır. Biz xeyriyyə marafonu keçiririk, bizim polislə nə işimiz var? Niyə bu polisi göndərirlər bizim üstümüzə? Ona görə də bunların hamısı qanunsuzdur. Sağ olun. İşmiz də, mübarizəmiz də davam edir”, Ə.Kərimli vurğulayıb.

Əli Kərimli bu müddətdə Binәqәdi Rayon Polis İdarәdindә olduğunu bildirib. AXCP sədrinin bildirməsinə görə, onunla birgә saxlanan partiya üzvü Ruslan Әmirov da bir azdan sәrbәst buraxılmalıdır.

---

"AXCP sədri Əli Kərmli buraxılıb".

Bunu Azadlıq Radiosuna AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib.

Amma, hələlik, Ə.Kərimlinin telefonuna zəng çatmır.

---

"Report" agentliyinin məlumatına görə isə iyunun 28-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə AXCP sədri Əli Kərimli həbs olunub.

Agentliyin xəbərində vurğulandığına görə, onun süni şəkildə ictimai narazılıq yaratmaq, müqavimət hərəkatı formalaşdırmaq və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilir.

---

"Hazırda bir neçə vəkillə danışıqlar gedir, yaxın müddətdə Əli Kərimli vəkillə təmin ediləcək" .

Bunu isə Azadlıq Radiosuna AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. Onun sözlərinə görə, dəfələrlə hüquq mühafizə orqanları ilə əlaqə saxlasalar da Əli Kərimlinin taleyi ilə bağlı onlara rəsmi məlumat verilməyib.

"Ancaq həbsini də gözləyirik. Hər şey ola bilər", deyə o vurğulayıb.

---

Binəqdi Rayon Polis İadrəsindən "Turan "agentliyinə Əli Kərimlinin saxlanması ilə bağlı məlumatı təsdiq etməyiblər.

Agentliyin xəbərində qeyd edildiyinə görə, idarədən bununla bağlı məlumatsız olduqlarını söyləyiblər.

Binəqdi Rayon Məhkəməsindən də AXCP sədrinin saxlanması barədə deyilənlərə aydınlıq gətirilməyib. Üstəlik, polis binanın qarşısına fəalların toplaşmasına imkan verməyib.

----

“İyunun 28-də Müsavat Partiyasının qərərgahında Repressiya və İşgəncələr Əleyhinə Komitənin təşkilatçılığı ilə keçirilən Həmrəylik Maraofonu pozuldu”.

Bunu Azadlıq Radiosuna həmin Komitənin üzvü Oktay Gülaliyev deyib.

O, vurğulayıb ki, bu tədbir ötən ilin sonundan bu vaxta qədər keçirilən etiraz aksiyasında saxlanaraq cərimə edilən, amma cəriməsini ödəyə bilməyən şəxslərə dəstək məqsədi ilə təşkil edilmişdi.

Oktay Gülalıyevin sözlərinə görə, tədbirin keçirildiyi Müsavat Partiyasının qərargahına daxil olan Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları orada toplaşan insanlardan binanı tərk etməyi tələb ediblər.

“Biz qərərgahı tərk etməyə məcbur olduq. Marafon pozuldu”, - deyə O. Gülalıyev bildirdi.

Amma bu mələumata, hələlik, Binəqədi Rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Bir müddət öncə bu tədbirdən çıxan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin və daha bir sıravi cəbhəçinin də saxlandığı bildirilir. Lakin bu məlumatı da, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

-----

Bu gün, iyunun 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli saxlanıb.

Bu barədə Azadlıq Radiosuna Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu bildirib .

T.Yaqublunun sözlərinə görə, olay Əli Kərimli marafondan gedərkən baş verib:

“Ölkədə keçirilən etiraz aksiyalarında saxlanaraq qanunsuz cərimələnən fəallara dəstək marafonu təşkil edilib. Tədbir Repressiya və İşgəncələr Əleyhinə Komitəsinin təşkilatçılığı ilə keçirilir. Əli Kərimli də həmin Həmrəylik Marafonuna qoşulmuşdu. Tədbirdən çıxanda onu mülki geyimli şəxslər saxlayaraq naməlum istiqamətə aparıblar”.

T.Yaqublu əlavə edib ki, Ə. Kərimli ilə birgə 7 nəfər saxlanıb, lakin onların əksəriyyəti bir müddət sonra sərbəst buraxılıb:

“Bircə Əli Kərimlidən və AXCP üzvü Ruslan Əmirovdan xəbərimiz yoxdur”.

T.Yaqublunun fikrincə, Ə. Kərimlinin saxlanması marafona mane olmaq məqsədini daşıyır.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Rəsmilər bir qayda olaraq ölkədə bütün fundamental azadlıqların qorunduğunu bildirirlər. Onların fikrincə, dinc, sivil siyasi fəaliyyətə görə kimsə həbs və təzyiqlərlə üzləşmir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG