Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:36

Əli İnsanov : 'İqtidarın konslagerlərindən birini tərk etdim' (VİDEO)


Keçmiş səhiyyə naziri Əli İnsanov azadlıqda, 17 mart 2019
Keçmiş səhiyyə naziri Əli İnsanov azadlıqda, 17 mart 2019

“ Mən 5-10 dəqiqə əvvəl iqtidarın konslagerlərindən birini tərk etdim”

Bunu prezidentin əfv sərəncamı ilə martın 17-də azadlığa çıxan keçmiş səhiyyə naziri Əli İnsanov deyib.

O, əlavə edib ki, 2005-ci ildən həbsdə olub:

“ Əvvəlcə dövlət çevrilişinə cəhdi bəhanə etdilər. Onu Avropa İnsan Hüquqları Məhkəməsi ləğv etdi. Azərbaycan bunu icra etmədi. Həbsimin başa çatmasına 1-2 həftə qalmış cibimə narkotika qoydurdular və 7 il təkrar həbs verdilər.Mənim azadlığa çıxmağım demokratik Qərbin, Amerika Birləşmiş Ştatlarının rəhbərliyinin, konqresinin, Avropa Birliyinin və Avropa Şurasının təşbbüsü ilə olub”

Həbsdən çıxan keçmiş səhiyyə naziri Əli İnsanov danışdı
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

​“ Azərbaycan özü böyük bir həbsxanadır”

Əli İnsanovun deməsinə görə, onu İlham Əliyevin azad etmək fikri olmayıb:

“Mən belə qənətə gəlmişdim ki, ömrümün sonuna kimi həbsdə qalcam. Amma İlham Əliyevi məcbur etdilər ki, məni azadlığa buraxsın”.

Keçmiş nazirinin sözlərinə görə, özünü azadlığda hiss etmir. Ə. İnsanovun fikrincə, indi onu kiçik həbsxanadan böyük həbsxanaya köçürüblər:

“ Azərbaycan özü böyük bir həbsxanadır.İndi Prezident Administrasiyasının mirzələri hümanizimdən danışacaqlar. Hansı hümanizimdən danışmaq olar ki, bu məmləkətdə polis serjantının gördüyü işi prezident görür. Vaxtilə kimisə şərləyib, həbs etmək istəyirdilərsə , onun cibinə narkotik atırdılar. İndi bunu ya eləyir, ya elətdirir-prezident edir…”

"Çox istərdim ki, Azərbaycan xalqı mənim qolumdakı qandalı açsın”

Əli İnsanov daha sonra da deyib :

“Demokrtik Qərb, ABŞ mənim ayağındakı qandalı açıb. Çox istərdim ki, Azərbaycan xalqı mənim qolumdakı qandalı açsın.”

Əli İnsanıv vurğulayıb ki, siyasətdən ayrılmayıb və ölkəni də tərk etmək fikri yoxdur.

"Məlum deyil. Mənmi onlara qoşulacam, yoxsa onlarmı mənə qoşulacaq”

Ona “Keşmiş partiya yoldaşınız deyib ki, Əli İnsanov azadlığa çıxsın müxalifətə qoşulmayacaq. Nə deyə bilərsiniz “ sualına isə belə cavab verib.

“Azərbaycan bu gün uçrumun dibindədir. Onu bu uçurumdan xilas edə biləcək istənilən qüvvəyə dəstək verməyə hazıram. Ancaq hər şey Allahın əlindədir. Məlum deyil. Mənmi onlara qoşulacam, yoxsa onlarmı mənə qoşulacaq”

Əli İnsanovun bu fikirlərinə, hələlik, rəsmi qurumların münasibətini almaq mümkün olmayıb. Rəsmilər bir qayda olaraq ölkədə bütün fundamental azadlıqların qorunduğunu bəyan edirlər.Onların deməsinə görə, cəzaçəkmə müəssisələrində məhbuslarla yalnız qanun çərçivəsində davranılır

Xatırlatma

Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib.

Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə CM-in 234.1-ci (narkotik və ya psixotrop maddələr əldəetmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan 70 yaşlı sabiq nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib. İyunun 22-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Ə.İnsanov ittihamları qəbul etmir. Keçmiş nazir hakimiyyəti, şəxsən prezident İlham Əliyevi tənqid etdiyinə görə onun sifarişi ilə saxta ittihamla cəzalandırıldığını deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG