Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:11

Lapshin-in məhkəməsi başladı


Lapshin Azərbaycanda
Gözlə
Embed

No media source currently available

0:00 0:00:44 0:00

Lapshin Azərbaycanda

Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə suçlanan bloqqer Alexander Lapshin-in məhkəməsi başlayıb. CM-nin 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunan Lapshin-in işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

İyunun 22-də məhkəmənin hazırlıq iclası keçirilib. İclasda A.Lapshin-in anket məlumatları dəqiqləşdirilib. O bildirib ki, 1976-cı il təvəllüdlüdür, himayəsində ikiyaşlı övladı var, özü də üç ölkənin - Rusiya, Ukrayna və İsrail vətəndaşıdır. Daimi yaşayış yeri isə İsraildədir.

Məhkəmədə İsrail, Ukrayna səfirliklərinin nümayəndələri iştirak edib.

Lapshin-in hüquqlarını vəkil Eduard Chernin müdafiə edir. Lapshin Azərbaycan dilini bilmədiyinə görə o, tərcüməçi ilə təmin olunub.

Vəkilindən və Lapshin-in özündən hər hansı vəsatəti olub-olmadığı soruşulub.

«Qətimkan tədbirinin dəyişdirilməsi məsələsini qaldırardım. Amma onun Azərbaycanda yaşayış yeri olmadığına görə bu barədə vəsatət qaldırmağın mənası yoxdur», – vəkil bildirib.

İş məhkəmə baxışına verilib. Məhkəmə iyunun 30-na təyin olunub.

XATIRLATMA

Lapshin-in həbsi ilə bağlı yayılan rəsmi məlumatda bildirilir ki, müxtəlif dövlətlərin vətəndaşlığını daşıyan Alexander Lapshin Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə cinayət əlaqəsinə girərək, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.

Lapshin özünə məxsus puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. Həmçinin, 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin «müstəqilliyini» dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapshin-in adını «arzuolunmaz şəxslər» siyahısına daxil edib.

A.Lapshin-in Azərbaycana ekstradisiya edilməsi üçün Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına məlumatlar təqdim olunub.

Belarus Baş Prokurorluğu 2017-ci il yanvarın 17-də A.Lapshin-in Azərbaycana ekstradisiyası barədə qərar verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG