Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:21

Navalny prezident seçkisinə gedir


Aleksei Navalny
Aleksei Navalny

Rusiyanın tanınmış müxalifət lideri Aleksei Navalny 2018-ci ilin martında keçiriləcək prezident seçkisində namizədliyini verəcəyini bildirir.

«Rusiya prezidentliyi uğrunda mübarizəyə qatılacağam», - Navalny dekabrın 13-də kampaniya məqsədiylə açdığı yeni veb-səhifədəki videomüraciətində deyir.

Beləliklə, prezidenti Vladimir Putin-in sərt tənqidçisi olan Navalny ona seçkidə meydan oxuyacaq.

Putin daha altı il müddətə namizədliyini verə bilər və belə də edəcəyi gözlənir. Düzdür, hələlik, bu barədə açıqlama verməyib.

«Rusiya varlı, azad, güclü ölkə olmalıdır... Seçkiyə Rusiyanı güclü və müasir dövlətə çevirəcək bir proqramla gedəcəyəm. Korrupsiyanı əngəlləmək. Rusiyanın sərvətini hər bir ailənin firavanlığına sərf etmək. Prezident seçkisi ölkənin inkişaf cığırı haqda müzakirə deməkdir», – Navalny söyləyib.

O, 2011-12-ci illərdə kütləvi antihökumət etirazlarının əsas lideri olub, yüksəkçinli rəsmilər arasında korrupsiyaya dair məlumatlarla Putin-in «kürkünə birə salıb».

Navalny iki dəfə maliyyə cinayətlərinə görə məhkəməyə çəkilib, amma özü bunu müxalifətçilik fəaliyyətinə görə «Kremlin qisası» adlandırıb. Noyabrda Ali Məhkəmə bir iş üzrə hökmü ləğv edib və işi təkrar məhkəməyə göndərib. Bununla da namizədlik yolundakı məhdudiyyət aradan qalxmış olub.

Amma hazırda gedən digər iş üzrə təqsirli bilinsə, 2018-ci ildə namizədliyini verə bilməyəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG