Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Britaniya Rusiya səfirinin dediklərini təkzib edir


Britaniyanın Moskvadakı səfirliyinin girişi
Britaniyanın Moskvadakı səfirliyinin girişi

Britaniya iki ölkə arasında diplomatik missiya heyətlərinin tədricən bərpası barədə razılaşma əldə olunduğuna dair Rusiyanın Londondakı səfirinin bəyanatında deyilənləri təkzib edib.

Rusiyanın Britaniyadakı səfiri Aleksandr Yakovlevin bəyanatını Rusiyanın dövlət TASS xəbər agentliyi yaymışdı.

Dekabrın 28-də Britaniyanın Moskvadakı səfirliyi bəyan edib ki, iki ölkə arsında “heç bir yeni razılaşmalar əldə olunmayıb”.

Britaniya səfirliyinin sözçüsü deyib ki, “Rusiyanın Britaniyadakı diplomatik təmsilçiyi, o cümlədən Solsberi insidentindən sonra qəbul olunmuş tədbirlər barədə Londonun mövqeyində heç bir dəyişiklik baş verməyib”.

Sözçü bildirib ki, Britaniya və Rusiyanın diplomatik missiyalarının heyətləri “sözü gedən limitlər arasında qalmaqda davam edir”.

Bundan əvvəl Rusiyanın Britaniyadakı səfiri demişdi ki, iki ölkə onlarca diplomatın tədricən öz iş yerlərinə qaytımaları barədə razılaşma əldə edib. Britaniya Solsberi şəhərində keçmiş casus və onun qızının Noviçok maddəsi ilə zəhərlənməsindən sonra Britaniyadakı Rusiya səfirlyinin onlarca diplomatını ölkədən çıxarmışdı.

Rusiyanın Britaniyadakı səfiri Aleksandr Yakovenko
Rusiyanın Britaniyadakı səfiri Aleksandr Yakovenko

Səfir Aleksandr Yakovenko dekabrın 28-də Rossia-24 telekanalına deyib ki, London və Moskvadakı diplomatik missiyaların heyət bərpasına yanvar ayından balşanacaq:

"Mən bu razılaşmanın bütün heyəti əhatə edəcəyindən əmin deyiləm, lakin səfirlik heyətinin ən azı yarısının işə qayıdacağını düşünürəm”.

İki ölkə arasında münasibətlər ötən mart ayında İngiltərənin Solsberi şəhərində keçmiş casus Sergei Skripal və qızı Yulia kimyəvi maddə ilə zəhərləndikdən sonra pisləşib. London onların zəhərlənməsinə görə Moskvanı ittiham edir.

Britaniya mart hadisəsindən sonra Rusiyanın 28 diplomatını ölkədən xaric etmişdi. Rusiya da eyni sayda Britaniya diplomatını ölkədən çxıarmış və Sankt Peterburq şəhərindəki Britaniya konsulluğunun bağlanmasını elan etmişdi.

Skripallar sovet zəmanəsində hazırlanmış Noviçok maddəsi ilə zəhərlənmədən sağ qalıblar.

Lakin eyni maddə ilə tamasda olan iki başqa Britaniya vətəndaşından biri - Dawn Sturgess vəfat edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG