Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:45

Üç aktyorun mitinqi [video]


Aktyorun prezidenti tənqid etməsi qadağan edilib?
Gözlə

No media source currently available

0:00 0:16:00 0:00

Aktyorun prezidenti tənqid etməsi qadağan edilib? [A-Live]

Azərbaycanda yaradıcı insanlar nə qədər azaddırlar? Məsələn, Holliwood-un dünya şöhrətli ulduzu Madonna prezident Donald Trump-ı açıq-aşkar tənqid edir, etiraz aksiyalarında ön sıralarda gedirlər. Bəs, Azərbaycanda bir aktyor müxalifətin mitinqinə çıxsa və ya hökumət əleyhinə bir söz desə, nə baş verər?

Ssenarist və kinodramaturq

Eldəniz Quliyev
Eldəniz Quliyev

öz timsalında bu sualı cavablayır. Deyir ki, siyasi baxışlarına görə 10 ildir bütün kinostudiyaların qapısı üzünə bağlanıb:

“Təsəvvür edin nə bir kitabım buraxılır, nə bir pyesim tamaşaya qoyulur, nə də ki, bir ssenarim çəkilib. Ssenarini kinostudiyaya aparıram deyirlər ki, sən nə danışırsan, sənin ssenarini çəksək bizi işdən çıxararlar. Bizim kimi sənət adamlarını çörəklə sınağa çəkirlər. Halbuki mənim siyasi əqidəm, məqsədim, amalım Azərbaycan xalqının mənafeyi uğrundadır, demokratik dəyişikliklər, azad Azərbaycan görmək üçündür”.

Buna da bax: Abbas Qəhrəmanov: 'Çıxıb auditoriya qarşısında özümə bəraət qazandırmağa ehtiyac da görmürəm'

Bu mövzu Milli Şuranın mitinqinə getdiyinə görə, 3 aktyorun təzyiqlərlə üzləşməsindən sonra aktuallaşıb. aktyorlar Ayşad Məmmədov, Abbas Qəhrəmanov, İlqar Cahangirin mitinqə qatıldığına görə təzyiqlə üzləşdikləri deyilir.

Abbas Qəhrəmanov bir neçə gün öncə AzadlıqRadiosu-na müsahibəsində deyib ki, mitinqə getməsinin belə nəticələnəcəyini gözləmirmiş:

“İşdə də izahat istədilər. İzahat deyəndə maraqlandılar. Mən də dedim ki, ora aktyor yoldaşımla müşahidəçi kimi getmişəm. Heç bir çıxış etməmişəm. Sadəcə müşahidəçi kimi getdiyim mitinqin belə bir narahatçılıq doğuracağını gözləmirdim”.

Buna da bax: Siyasilərin 'psixuşka'ya salınması halları arta bilərmi?

Digər aktyor Ayşad Məmmədovun isə Akademik Milli Teatrdan uzaqlaşdırıldığı haqda məlumatlar var, amma o özü bu haqda danışmaq istəməyib.

Oktyabrın 17-də mədəniyyət və turizm naziri də mitinqdə iştirak edən mədəniyyət işçilərini qınayıb:

"Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil. Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik”.

Buna da bax: Leyla Əliyevanın şirkəti subsidiya alanlar siyahısında [araşdırma]

Nazirin bu çıxışı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. ADO – “Azərbaycanın Dağınıq Oda teatrı” isə aktyorların sıxışdırılması, pisləyən bəyanat yayıb. Bəyanatda deyilir ki, bu cür hallar inkişafdan qalmış incəsənətə daha da pis təsir edəcək:

ADO
ADO

“Ölkədə incəsənəti inkişaf etdirməyin çox sadə bir yolu var – incəsənətə, yaradıcılara azadlıq vermək. Bu, maddi dəstəkdən də üstündür. Aktyorlara qarşı təzyiqlər, onların teatrdan uzaqlaşdırılması incəsənətə hörmətsizlik, teatr tarixinə isə bir ləkədir”.

Bəyanatda vurğulanır ki, yaradıcılara azadlıq veriləndə incəsənət inkişaf edəcək.

Buna da bax:​ Ramiz Mehdiyevin xanımı da dövlətdən yardım alır? [araşdırma]

Azərbaycan Milli Akademik Dram Teatrı bu iddialarla hər hansı münasibət bildirməyib. Bircə, onu açıqlayıb ki, Ayşad Məmmədov özü işdən çıxması haqda ərizə yazıb.

Millət vəkili Nizami Cəfərovsa nazir Əbülfəz Qarayevlə həmfikirdir. O deyir ki, dövlətin verdiyi fəxri adları, titulları alıb, həm də müxalifətin mitinqinə getmək həmin imtiyazlardan sui istifadədir:

Buna da bax: İşdən çıxarılan aktyor: 'Ərizəni bilmədən yazmışam'

“Əməkdar artist bu dövlətin adını almış yaradıcı şəxsdir. Belə olan halda onun müxalifətdə olan mitinqdə nə işi var. Həm iqtidarın hörmətini, nüfuzunu qazanırsan, həm də müxalifətin təşkil etdiyi mitinqə gedirsən. Həm o, həm bu belə olmaz”.

12 ildir Kiprdə yaşayan bəstəkar Cavanşir Quliyev deyir ki, Azərbaycanda sənət adamların hakimiyyətin təbliğat maşını kimi baxılır. Fəxri adlar da məhz bunun üçün verilir:

Cavanşir Quliyev
Cavanşir Quliyev

Buna da bax:​ Putin, Əliyev, Nazarbayev və başqaları ofşor hesabatında (Yenilənib - tam mətn)

“Azərbaycanda fəxri adları incəsənətə görə vermirlər. Fəxri adları alan aktyorların çoxu gedib hökumət tədbirlərində şeir deyəndən sonra bu adı alır. Yəni, bu ad incəsənət yaradıcılığına görə verilmir. Bu adı alanların çoxu “yaltaqlananlardır”, ən azı hökuməti tənqid etməyənlərə verilir. Amma öz fikrini deyən, xalqının, millətinin güzəranını fikirləşənlərə bu ad verilmir. Hesab edirlər ki, bu adlar onların şəxsi mülkiyyətidir kimə istəsələr ona da verə bilərlər”.

Bəs, sadə vətəndaşlar necə kiminsə mitinqə getdiyi üçün işdən çıxarılmasına necə baxır?

Müxalifətin aksiyasına gedənin işdən çıxarılmasına münasibətiniz necədir?
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

Amma incəsənət adamları mitinqə getdiyi üçün tək işdən çıxarılmır. Məsələn, illər öncə - müxalifətin etiraz aksiyasındakı çıxışına görə müğənnilər Flora Kərimova, Azər Zeynalov efir qadağası ilə üzləşmişdi. İndi isə bu qadağa ilə bir vəzifəli şəxsi tənqid edən səhnəyə görə “Planet Parni iz Baku” KVN klubunun üzləşdiyi haqda xəbərlər dolaşır. Klub üzvləri 2015-ci ildə prezident İlham Əliyevə “cənab prezident, bizi bu ədalətsizlikdən” qoru deyə müraciət də etmişdilər. Bu ilki konsertlərinə isə “TV-yə giriş qadağandır” adı vermişdilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG