Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Sentyabr, bazar, Bakı vaxtı 05:42

Fuad Poladov vəfat edib


Fuad Poladov

Teatr və kino aktyoru Fuad Poladovun vəfat etdiyi bildirilir.

Bu barədə AZƏRTAC məlumat yayıb.

F.Poladov 1948-ci ildə Bakıda doğulub. O, sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib.

F.Poladov aktyor fəaliyyətinin 20 ildən çoxunu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirib.

Buna da bax: Fuad Poladov "Azdrama"dan ayrılanda

O, bir çox kinofilmlərdə bədii obrazlar yaradıb.

Bura “Ad günü”, “Ağasadıq Gəraybəyli”, “Ailə”, “Aktrisa”, “Arxada qalmış gələcək”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Cəza”, “Əlvida, cənub şəhəri”, “Yeddi oğuldan biri”, “Fatehlərin divanı”, “İşarəni dənizdən gözləyin”, “İstintaq davam edir” və başqa filmlər daxildir.

F.Poladov son illər xərçəng xəstəlyindən əziyyət çəkirdi və xəstəliyi ilə əlaqədar peşə fəaliyyətini dayandırmışdı.

XS
SM
MD
LG