Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Sahibkarların aksiyasının polis müdaxiləsi ilə dağıldığı deyilir


Sumqayıtda aksiya keçirən sahibkarlar. 16 mart, 2018
Sumqayıtda aksiya keçirən sahibkarlar. 16 mart, 2018

Bu gün, martın 17-də açlıq aksiyası keçirdiklərini açıqlayan sahibkarların polisə aparıldığı bildirilir.

“Turan” agentliyinin xəbərinə görə, 11 sahibkar Binəqədi Rayon Polis İdarəsinə aparılıb.

Sumqayıtda yeni dənizkənarı bulvarın tikintisində iştirak etdiklərini deyən həmin sahibkarlar martın 15-dən Bakının Binəqədi rayonunda aclıq aksiyasına başladıqlarını açıqlamışdılar.

Onlar bulvar tikintisinə görə, pullarının bir hissəsini ala bilmədiklərini iddia edirdilər.

Xəbərdə bildirildiyinə görə, amma iş adamları sonradan polis idarəsinə çatdırılmadan buraxılıblar. Bununla belə onlara aclıq aksiyasının keçirlməsinin qadağa edildiyi söylənir.

Ancaq bu deyilənləri, hələlik, Binəqdi Rayon Polis İdarəsindən dəqiqləşdirmək mümkün olmayıb.

Sahibkarlar martın 16-da Azadlıq Radiosuna demişdilər ki, onları abadlaşdırma işlərinə Sumqayıt Şəhər İcra Hakimiyyətinin (İH) seçdiyi podratçı şirkətin rəhbərliyi və İH-in memarlıq və tikinti şöbəsinin müdiri cəlb edib.

Buna da bax: Sumqayıtda sahibkarların etiraz aksiyası

Sumqayıtda sahibkarların aclıq aksiyası
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

“Bir il altı ay prezident administrasiyasina gedib, gəlirik. Sumqayıt İcra Hakimiyyətində bizi daha heç qəbul edən də yoxdur. Məcbur olduq aclıq aksiyasına başlayaq. Başqa əlacımız qalmadı. Sumqayıt icra hakimiyyətindən yardım istəmirik, müavinət istəmirik. Halal zəhmət haqqımızı istəyirik”, – sahibkarlardan biri deyirdi.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən sahibkarların aclıq aksiyasına başlaması ilə bağlı deyilənlərə münasibət almaq, mümkün olmayıb.

Ancaq “Turan” agentliyinin xəbərinə görə, bir neçə həftə əvvəl İcra Hakimiyyətindən bildirmişdilər ki, sahibkarların şikayətindən xəbərdardırlar. Bununla belə icra hakimiyyətinin mətbuat xidmətindən vurğulamışdılar ki, nə şəhər hakimiyyətinin başçısı Zakir Fərəcov, nə də onların digər rəsmi nümayəndəsi borclara görə, maliyyə məsuliyyəti daşıyır.

«Sumqayıt Şəhər İcra Hakimiyyəti borclarını tələb edən şəxslər ilə müqavilə və ya digər saziş üzrə tərəf deyil. Həmin borclara məsul şəxs vəsaitləri mənimsədiyinə görə həbs edilib», - Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirmişdi.

Sumqayıt Dənizkənarı Bulvarının 2016-cı il sentyabrın 27-də açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib.

Buna da bax: Sahibkarlar Prezidentə üz tutdu: 'Bunlar xalqın düşmənidir'

Sahibkarlar Prezidentə üz tutdu: 'Bunlar xalqın düşmənidir'
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG