Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:28

G.Bayramlı: 'İnsanları qorxutmaq istəyirlər'


Milli Şura "Talana son","Monarxiyaya yox"şüarı ilə etiraz aksiyası keçirdi
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

Milli Şura "Talana son","Monarxiyaya yox"şüarı ilə etiraz aksiyası keçirdi

«Demokratik Qüvvələrin Milli Şurasının bu il aprelin 8-də keçirdiyi aksiyadan sonra fəallara təzyiqlər, hədələr var. Ancaq, hələ ki, kütləvi işdən çıxarılan yoxdur».

Bunu AzadlıqRadiosuna Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı deyib.

Bu günlər bəzi saytlar Milli Şuranın son mitinqindən sonra fəallara təzyiqlərin artması ilə bağlı məlumatlar yayırlar. Hətta 48 nəfərin işdən çıxarıldığı iddia edilir.

G.Bayramlı isə deyir ki, son vaxtlar yalnız bir nəfər cəbhəçinin Şəki rayonunda işdən çıxarıldığı ilə bağlı məlumat alıblar: «Bir də Neftçala rayon təşkilatının sədri Əflatun Əhmədliyə təzyiqlər var. Onu dünən (aprelin 25-də) rayonun hüquq-mühafizə orqanlarına dəvət ediblər və Prezident Administrasiyası adından partiyadan çıxmasını istəyiblər».

Ə.Əhmədliyə təzyiqlər edilməsi ilə bağlı deyilənlərə, hələlik, Neftçala rayon hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

Sədr müavini bəzi saytlarda 48 nəfərin işdən çıxarılması ilə bağlı iddialara da münasibət bildirib: «Mən hesab edirəm ki, belə informasiyalar təsadüfi yayılmır. Bu, daha çox insanları qorxutmaq, kütləvi aksiyalarda iştirakdan çəkindirmək texnologiyasıdır. Bu, yalnız hakimiyyətin maraqlarına xidmət edir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG