Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Azərbaycan İslam Partiyasının sədr əvəzi həbs olunub


İlham Əliyev
İlham Əliyev

Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi İlham Əliyevin həbs olunduğu bildirilir.

Bu barədə partiyadan Azadlıq Radiosuna məlumat verilib.

Məlumata görə, İlham Əliyev fevralın 29-da saxlanıb. Onun cinayət məcəlləsinin (CM) 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirləndirildiyi qeyd edilir.

Partiyadan bildirildiyinə görə, bugün, martın 2-də Səbail Rayon Məhkəməsi İlham Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Bildirildiyinə görə, İlham Əliyev fevralın 29-da günorta, saat 12-13 radələrində Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb və ondan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Hələlik, bu deyilənlərə DTX və Səbail Rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

Qeyd edilən maddə üzr şəxsə 12 ildən 20 ilədək həbs və ya ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Xatırlatma

AİP sədri Mövsüm Səmədov da hazırda həbsəddir. O 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq və başqa ittihamlarla saxlanıb.

Mövsüm Səmədov 12 il həbs cəzası alıb. Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

O həbsini əsassız sayır. Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarını pozmaqda günahlandırır.

Rəsmilər isə ölkədə korrupsiya ilə mübarizə aparıldığını, bütün təməl azadlıqların qorunduğunu vurğulayırlar.

XS
SM
MD
LG