Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Avropa Məhkəməsi Rusiya etirazçılarına haqq qazandırır


Anti-Putin etirazçıları Stepan Zimin (solda) və Andrey Barabanov (ortada) müttəhimlər kürsüsündə (2014-cü il)
Anti-Putin etirazçıları Stepan Zimin (solda) və Andrey Barabanov (ortada) müttəhimlər kürsüsündə (2014-cü il)

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) hökmündə deyilir ki, Rusiya, prezident Vladimir Putinin son inaqurasiyası ərəfəsində etiraz aksiyası keçirdiklərinə görə məhbus edilmiş üç nəfərin hüquqlarını pozub.

AİHM-in 30 yanvar tarixli qərarında qeyd olunur ki, Rusiyanın hakimiyyət orqanları Andrey Barabanov, Aleksey Polixoviç və Stepan Zimini 2012-ci ilin 6 mayında Moskvanın Bolotnaya meydanında keşirdikləri etiraz aksiyasına görə həbs və mühakinə etməklə onların hüquqlarını pozub.

Məhkəmənin qərarında, Rusiyadan, Polixoviç və Ziminə, hər birinə 12, 500 avro, Barabanova isə 10 min avro təzminat ödənməsi tələb edilir.

Beləliklə, AİHM fəalların Rusiya hakimiyyətinin Avropa İnsan Haqları Konvensiyasını pozduğuna dair iddiasını təmin edib. Bu Konvensiya işgəncələri qadağan edir və insanların azadlıq, təhlükəsizlik, toplaşma sərbəstliyi kimi hüquqlarını tanıyır.

2012-ci ildə polislə etirazçılar arasında baş vermiş toqquşmada 400 nəfər saxlanmışdı. Polis və etirazçılar zorakılığa görə bir-birlərini ittiham edirdilər.

Bu etirazlar 2011-ci ilin dekabrında keçirilmiş seçkidə yol verilmiş geniş pozuntulardan, habelə Putinin 4 il baş nazir olduqdan sonra prezidentliyə qayıtmaq niyyətindən yaranmış hiddətə görə baş vermişdi.

Etirazçılardan 30 nəfəri mühakimə edilmiş və bunların 20 nəfəri həbsxana cəzalarına məhkum olunmuşdu.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG