Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:41

AİHM Rusiyanın Litvinenkonun qətlinə görə ‘məsuliyyət’ daşıdığını deyir


Aleksandr Litvinenko
Aleksandr Litvinenko

Kreml isə məhkəmənin qərarını “əsaslandırılmamış” adlandıraraq rədd edib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) rusiyalı keçmiş təhlükəsizlik zabiti Aleksandr Litvinenkonun 2006-cı ildə Londonda “qətlinə” görə Rusiyanın məsuliyyət daşıdığını bildirir.

Rusiya Prezidenti Vladimir Putinin açıq tənqidçisi olan 43 yaşlı Litvinenko həmin il noyabrın 1-də nadir radioaktiv izotop olan Polonium 210 ilə zəhərlənmiş çay içəndən sonra xəstələnib.

O, bir neçə gün sonra xəstəxanada vəfat edib.

Britaniyada aparılan tədqiqat 2016-cı ildə Putinin Rusiya kəşfiyyatının Litvinenkonun qətli əməliyyatını təsdiqləməsi ehtimalını irəli sürüb.

Reaksiyalar

Təhqiqat iki rusiyalını əsas şübhəlilər kimi müəyyənləşdirib. Onlardan biri Andrey Luqovoy hazırda deputatdır, digər isə Dmitri Kovtundur.

AİHM sentyabrın 21-də çıxardığı qərarda qeyd edir ki, qətli Luqovoy və Kovtunun həyata keçirməsinə “şübhə yoxdur”, “Litvinenkonun zəhərlənməsində Luqovoy və Kovtunun Rusiya dövlətinin agentləri kimi çıxış etmələrinə güclü dəlil mövcuddur”.

Hər iki şəxs və Rusiya Litvinenkonun ölümündə əli olmasını inkar edib.

Kreml isə məhkəmənin qərarını “əsaslandırılmamış” adlandıraraq rədd edib.

“AİHM-in bu məsələ üzrə məlumata malik olmaq səlahiyyəti, yaxud texniki imkanı yoxdur. Bu təhqiqatın nəticəsi yoxdur və bu cür iddialar səsləndirmək azından əsassızdır”, – Kremlin sözçüsü Dmtiri Peskov deyib.

Luqovoya isə “Reuters”ə AİHM-in qərarının “tamamilə siyasi motivli” olduğunu deyib.

Rusiya müxalifəti seçkinin kütləvi saxtalaşdırıldığını deyir
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

Berezovskinin qətli planı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçmiş zabiti Litvinenko 1999-cu ildə Rusiyadan qaçıb. O, maqnat Boris Berezovskinin öldürülməsi ilə bağlı FSB-nin iddia olunan planını faş etmişdi.

Berezovski Sovet İttifaqı dağılandan sonra dövlət aktivlərinin özəlləşdirilməsi hesabına varlanan oliqarxlardan idi. O, keçmiş prezident Boris Yeltsinin vaxtında Kremlin yaxın adamı olub, Putinin 2000-ci ildə hakimiyyətə keçməsinə kömək edib.

Putin oliqarxların siyasi hakimiyyətini məhdudlaşdırmağa başlayanda Berezovski Rusiyanı tərk edərək Britaniyaya mühacirətə gedib, Putini tənqid etməyə başlayıb.

Litvinenkonun Londonda zəhərləndiyi 2006-cı ildə Putin təhlükəsizlik agentliklərinə xaricdə hədəfli qətllər aparmaq səlahiyyəti verən qanun imzalayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG