Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:42

Azərbaycan iki ermənistanlının işi üzrə cərimələndi


AİHM
AİHM

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistanın Tavuş vilayətinin iki sakininin işi üzrə qərar çıxarıb. Mamikon XocoyanKaren Petrosyan 2014-cü ildə Azərbaycanda əsirlikdə olublar.

AzadlıqRadiosu-nun Ermənistan xidməti yazır ki, məhkəmə hər iki halda Bakının erməni əsirlərin yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq hüquqlarını, eləcə də işgəncə və ayrıseçkilik tətbiq etməmək öhdəliklərini pozması qərarına gəlib.

Məhkəmənin qərarına görə, Bakı hər bir iş üzrə Ermənistan vətəndaşlarının hüquqi varislərinə 40 min avro ödəməlidir.

77 yaşlı Mamikon Xocoyanın 2014-cü ilin yanvarında Azərbaycan sərhədini təsadüfən keçdiyi bildirilir. O, əsir götürülüb və bir aydan çox əsirlikdə qalıb. Xocoyan Ermənistana qayıdandan iki ay sonra vəfat edib.

31 yaşlı Karen Petrosyan isə 2014-cü ilin avqustunda əsir düşüb. Petrosyan əsir düşəndən bir gün sonra Azərbaycan hakimiyyəti onun kəskin ürək çatışmazlığından vəfat etdiyini açıqlayıb.

Azərbaycan hakimiyyətinin AİHM-in sözügedən qərarlarına münasibəti bəlli deyil.

XS
SM
MD
LG