Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:43

Avropa Məhkəməsi Ermənistanın şikayətinə baxıb


Avropa İnsan Haqları Məhkəməsinin Strasburqdakı binası
Avropa İnsan Haqları Məhkəməsinin Strasburqdakı binası

AİHM Ermənistanın Laçın və Zabux kəndlərinin əhalisi ilə bağlı şikayəti əsasında ayrıca yeni qərar çıxarmayıb

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHN) “Ermənistanın və Dağlıq Qarabağın bir sıra yaşayış məntəqələrinin mülki əhalisinin hüquqlarının müdafiəsinə” dair ərizəsinə avqustun 19-da cavab verib.

AİHM bu xüsusda 29 sentyabr 2020-ci il tarixli və 3 noyabr 2020-ci il tarixli təminedici tədbirlər barədə qərarını bir daha təsdiq edib.

Bu barədə Ermənistan Respublikasının beynəlxalq hüquq məsələləri üzrə səlahiyyətli nümayəndəsinin aparatı məlumat verib:

“AİHM tərəflərə mülki əhalinin Konvensiya ilə qorunan hüquqlarını pozan, o cümlədən onların Konvensiyanın 2, 3 və 8-ci maddələrində nəzərdə tutulan hüquqlarını təhlükə altında qoyan hərəkətlərdən çəkinməyə çağırıb”.

Laçın və Zabux barədə ayrıca qərar verilməyib

Məlumata görə AİHM habelə 29 sentyabr 2020-ci il tarixli qərarının Ermənistanın iddiasına görə Laçın və Zabuxun dinc əhalisi üzərinə silahlı hücum və icmaların köçürülməsinə dair təhdidlər barədə də keçərli olduğunu bildirib.

Beləliklə, AİHM Ermənistanın Laçın və Zabux kəndlərinin əhalisi ilə bağlı şikayəti əsasında ayrıca yeni qərar çıxarmayıb.

Azatutyun xatırladır ki, 44 günlük müharibə başa çatan kimi Ermənistan Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycanın Ermənistanla sərhəd və Dağlıq Qarbağda təmas xətti boyunca mülki obyektləri və yaşayış məntəqələrini atəşə tutduduğuna dair iddia təqdim etmişdi.

AİHM 2020-ci il sentaybrın 29-da qəbul etdiyi keçid qərarında Azərbaycan və Ermənistanı mülki əhalinin Konvensiyada nəzərdə tutulmuş hüquqlarını pozan hərəkətlərdən çəkinməyə çağırmışdı.

Beləliklə, AİHM həmin qərarının hələ də qüvvədə olduğunu bildirib.

XS
SM
MD
LG