Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:42

Kiyevdə Avropa İttifaqının sammiti başa çatdı


Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və Ukrayna prezidenti Volodimir Zelenski
Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və Ukrayna prezidenti Volodimir Zelenski

Rusiyaya qarşı 10-cu sanksiya paketində 10 milyard avroluq məhdudiyyətlər nəzərdə tutulacaq.

Bunu Avropa İttifaqının fevralın 3-də Kiyevdə keçirilən sammitindən sonra yer alan mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen bəyan edib.

Sansksiyalarda əsasən dron istehsalında istifadə olunan komponentlərin Rusiyaya ixracının qadağanı nəzərdə tutulur.

Hazırda Rusiyanın əsas dron təchizatçısı İrandır.

Bu sanksiyalara habelə Rusiyaya qarşı sanksiyalardan yayınmağa imkan verən boşluqların qapadılması daxil olacaq.

Yeni sanksiya paketinin Rusiyanın Ukraynaya müdaxiləsinin ildönümü gününə - fevralın 24-dək qəbul edilməsi planlaşdırılır.

Bu sammitin ən əsas nəticələrindən biri də Ukraynaya Aİ üzvlüyünə namizədlik çərçivəsində verilmiş əsas 7 kriteriyaya əməl olunmasının keçid qiymətləndirilməsinə icazə verilməsdir.

***

Fevralın 3-də Kiyevdə və Ukraynanın bütün ərazisində hava həyəcanı verilib. Bu, Ukrayna paytaxtında Avropa İttifaqı (Aİ) liderləri ilə bir araya gəldiyi vaxta təsadüf edir.

Rəsmilər vətəndaşları ən yaxın sığınacaqlara getməyə çağırıb. Son aylar Rusiyanın raket zərbələri Ukraynanın elektrik şəbəkəsinə böyük ziyan dəyib.

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Aİ rəhbərliyinin yüksək səviyyəli görüşündə Aİ-nin Rusiya işğalına qarşı mübarizə aparan Kiyevə dəstəyi, həmçinin Ukraynanın 27 üzvlük bloka üzvlük məsələsinin müzakirə olunacağı gözlənir.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen fevralın 2-də Kiyevdə Prezident Zelenski ilə birgə mətbuat konfransında deyib ki, Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlanır. Bu artıq Ukrayna müharibəsi başlayandan Ukraynaya qarşı 10-cu sanksiya paketidir.

Von der Leyen və Avropa Şurasının Prezidenti Şarl Mişel fevralın 3-də Zelenski ilə yenidən danışıqlar aparmalıdır.

Zelenski fevralın 2-də axşam deyib ki, Ukrayna bu il Aİ_yə üzvlük danışıqlarına başlamağa hazırdır. Onun sözlərinə görə, əlavə inteqrasiya ukraynalıları həvəsləndirər, onlara Rusiya qoşunlarına qarşı vuruşmağa “motivasiya” verər.

Ukraynaya ötən ilin iyununda Aİ-yə namizəd statusu verilib.

+++

Avropa İttifaqı fevralın 3-də Kiyevdə keçiriləcək sammiti ərəfəsində bəyan edib ki, Rusiyaya qarşı yeni sanksiyaların qoyulmasına hazırlaşır.

Moskva Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayandan bəri bu, İttifaqın Rusiya üzərinə sayca 10-cu paketi olmalıdır.

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və Avropa İttifaqının 15 komissarı fevralın 2-də Ukrayna paytaxtına gəliblər.

Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında Von der Leyen deyib ki, sanksiyalar Rusiya üzərinə ağır yükdür və Moskvanı “bir nəsil geriyə” atır.

O bunu da əlavə edib ki, təkcə Aİ-nin Rusiya neftinə qoyduğu ən yüksək qiymət həddinə görə Moskva hər gün 160 milyon avro (176 milyon dollar) itirir.

Volodimir Zelenski isə deyib ki, o “bir ara yavaşıyandan sonra” Aİ sanksiyalarının yenidən vüsət alacağına ümid edir.

Ursula von der Leyen deyib ki, Avropa İttifaqı G7 qrupundan olan partnyorlarla birlikdə Rusiyanın neft məhsullarına əlavə qiymət həddi qoyulmasına hazırlaşır.

Onun sözlərinə görə bu addım fevralın 24-ə, müharibənin birinci ildönümü gününə qədər atılmalıdır.

Xanım Von der Leyen vurğulayıb ki, Rusiya üzərinə sanksiyaların 10-cu paketi də həmin günədək elan olunmalıdır.

Korrupsiyaya qarşı mübarizə

Von der Leyen habelə Ukrayna hökumətinin son günlərdə korrupsiya ilə mübarizə sahəsində atdığı cəsarətli addımları təqdir edib və xatırladıb ki, bu, Kiyevin Aİ üzvlüyü üçün əsas şərtlərdən biridir.

Ötən iyunda Ukraynaya Aİ üzvlüyünə namizəd statusu verilib.

Von der Leyenin səfəri ərəfəsində Ukraynada bir sıra yüksək vəzifəli məmurların evlərinə reydlər keçirilib.

Ukraynaya Krımı vura bilən yeni silah verilə bilər
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Ukraynaya səfər etmiş nümayəndə heyətinin tərkibində Aİ xarici işlər komissarı Jozep Borrel də var.

O Twitter-də yazıb:

"Biz Kiyevə Aİ-nin bütün ukraynalılara öz ölkələrinin müdafiəsində ən güclü dəstək mesajı ilə gəlmişik. Rusiya müharibəyə başlayandan bəri Aİ-nin Ukraynaya yardımı 50 milyard avroya çatıb. Avropa müharibənin ilk günündən Ukrayna ilə olub və qələbə və yenidənqurma üçün də sizin yanınızda olacaq”.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Kiyevə fevralın 3-də gəlməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG