Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 09:55

Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyahısını genişləndirir


Avropa İttifaqı Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini sarsıtmaqda ittiham olunan şəxslərin sanksiya siyahısını genişlənidirib.

Hazırda 177 fərdin və 44 vahidin daxil olduğu bu siyahı Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən və Ukraynanın şərqində Kiyevə qarşı separatçı münaqişəni qızışdırandan sonra tərtib edilib.

Avropa İttifaqı Ümumi İşlər Şurası yanvarın 28-də bu siyahıya 2019-cu ilin sentyabrında ilhaq edilmiş Krımda Rusiya tərəfindən yaradılmış hakimiyyət orqanlarının üzvü kimi yerli “seçkilərdə” təşkilatçılıq etmiş 7 nəfərin adını əlavə edib.

Sanksiyalara görə onların mülkiyyəti dondurulur və onlara viza qadağanı qoyulur.

Sözü gedən 7 nəfərin arasında Sevastopol bələdiyyə seçki komitəsinin üzvləri Sergei Danilenko, Lidia Basova və Yekaterina Pyrkova, habelə de facto Krım hökumətinin başçısı Yuriy Gotsanyuk da var.

Qalan üç nəfər Mikhail Razvozhayev, Vladimir Nemtsev və Yekaterina Altabayevadır.

Mart ayında Aİ-nin bu sanksiyaların müddətini daha 6 ay uzadacağı gözlənilir.

XS
SM
MD
LG