Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 04:10

Aİ COVID-19-a qarşı həbi təsdiqləyir


Paxlovid həbi
Paxlovid həbi

Pfizer/BioNTech və Moderna vaksinlərinin üçüncü dozası immun sistemi zəif olarların xəstəxanaya düşmə riskini əməlli azaldır

Yanvarın 27-də Avropa İttifaqının (Aİ) tənzimləyici orqanı Pfizer şirkətinin COVID-19-a qarşı həbinə yaşıl işıq yandırıb. Bu həb yaşlıları xəstəliyin ağırlaşması riskindən qoruyur. Avropa regionu yüksək yoluxucu omikron ştammına qarşı arsenalını gücləndirməyə çalışır.

Avropanın Tibbi Agentliyi (EMA) ilk dəfədir COVID-19-a qarşı həbi tövsiyə edir.

İndi Avropa Komissiyası prosedur qaydası olaraq dərmanı rəsmən təsdiqləməlidir. Bu proses bəzən bir neçə saat, yaxud gün çəkir.

Qurum “Paxlovid” həbinin təcili istifadəsinə ötən ilin sonunda icazə verib. O zaman Aİ üzvlərindən İtaliya, Almaniya, Belçika dərman ehtiyatlarını görüblər.

Birləşmiş Ştatlar və Britaniya isə həbi dekabrda təsdiqləyib.

Buster doza

Bu arada Aİ-nin ictimai səhiyyə agentliyi bildirib ki, koronavirusa qarşı buster vaksinləri Avropada COVID-19-dan xəstəxanaya yerləşdirilmə hallarını azı yarım milyon azalda bilər.

“Yanvarın əvvəlində vurulan buster doza gələcəkdə Avropada Omikron ştammından xəstəxanaya qəbulu 500 min – 800 min nəfər azalda bilər”, – Avropada Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (ECDC) yanvarın 27-də bildirib.

Bu dəyərləndirmə Aİ-nin 27 üzvü, üstəgəl Norveç, İslandiya və Lixtenşteyni əhatələyir.

“Buster proqramının daha öncə vaksin olunmuş şəxslərə aid edilməsi isə xəstəxanaya qəbulları daha 300 min – 500 min nəfər azalda bilər”, – ECDC əlavə edib.

Hazırda Aİ-nin 450 milyonluq əhalisinin 70 faizinin tam peyvənd olunduğu, bu şəxslərin yarısına isə buster doza vurulduğu bildirilir.

Britaniyanın araşdırması

Birləşmiş Ştatlar və Böyük Britaniyada aparılmış iki yeni araşdırma isə COVID-19-a qarşı busterlərin hospitalizasiya və ölüm hallarını azaltmasına əlavə dəlil ortaya qoyub.

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) yanvarın 27-də bildirib ki, busterlər yaşı 50 və yuxarı olanlarda ölüm riskini 95 faiz azaldır. Eyni yaş qrupu üzrə iki dozalı peyvənd isə sonuncu dozadan altı ay sonra Omikrona qarşı ölümdən 60 faizə yaxın qoruma təmin edir.

UKHSA-nın datası Pfizer-BioNTech-in buster dozasının hospitalizasiyadan 90 faiz qoruduğunu göstərir. Buster dozadan 10-14 həftə sonra isə qoruma 75 faizə düşür.

ABŞ

Birləşmiş Ştatlarda Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) araşdırması Pfizer/BioNTech və Moderna vaksinlərinin üçüncü dozasının immun sistemi zəif olarların xəstəxanaya düşmə riskini əməlli azadltdığını ortaya qoyub.

İmmun sistemi güclü və zəif olan yetkin yaşlılara vurulan üçüncü doza ikiqat vaksin olunanlarla müqayisədə hospitalizasiyaya qarşı effekti uyğun olaraq 82 faizdən 97-yə və 69 faizdən 88-ə qaldırır.

Araşdırma ötən il, delta ştammı geniş yayılanda aparılıb. O, immun sistemi güclü olanlarda üçüncü dozanın anticismləri artırmasına dair dəlili möhkəmləndirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG