Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 09:38

Mahmoud Ahmadinejad prezidentliyə namizədliyini verdi


Mahmud Ahmadinejad
Mahmud Ahmadinejad

Keçmiş İran prezidenti Mahmoud Ahmadinejad prezidentliyə namizədliyini qeydiyyatdan keçirib.

Bu barədə aprelin 12-də hurriyet.com saytı İranın İRNA agentliyinə istinadla xəbər yayıb.

İranda növbəti prezident seçkisi mayın 19-a təyin edilib.

Ahmedinejad bundan əvvəl prezidentlik uğrunda mübarizə aparmayacağını bəyan eləmişdi.

Amma namizədlərin qeydə alınmasına başlanmasının ertəsi günü keçmiş müavinləri ilə daxili işlər nazirliyinə gələrək ərizə verib.

Mahmud Ahmadinejad 12 Aprel,2017-ci il
Mahmud Ahmadinejad 12 Aprel,2017-ci il

Onu da qeyd edək ki, İranın ali dini lideri Ayatolla Ali Khamenei bir neçə ay əvvəl Ahmadinejada prezidentliyə namizədliyini verməməyi tövsiyə etmişdi və indi onun bu məsləhətə məhəl qoymaması media orqanlarının diqqətini çəkir.

Ahmadinejad həmin vaxt bunun əvəzində keçmiş müavini Bakayi-ni dəstəkləyəcəyini və siyasətdən uzaqlaşmayacaqlarını bəyan eləmişdi.

2005-2013-cü illərdə ölkə prezidenti olan Ahmadinejad bundan əvvəl indiki prezident Hasan Rohanini də Qərblə dialoqa görə tənqid edib.

O bunu, ölkənin milli maraqlarına zidd hesab edir.

Ntv.ru.novosti yazır ki, bundan başqa o, bu ilin fevralında açıq məktubunda immiqrasiya siyasəti və Vaşinqtonun Yaxın Şərqdəki hərəkətlərinə görə ABŞ prezidenti Donald Trump-ı da tənqid edib.

TASS-ın məlumatına görə indiyədək İranda prezidentliyə 200-ə yaxın adamın namizədliyi qeydə alınıb.

Mənbə yazır ki, bunu jurnalistlərə seçkilərin keçirilməsi ilə bağlı xüsusi qərərgahın rəhbəri Əli Əsgər Əhmədi (Ali Asghar Ahmadi) deyib.

Ali Asghar Ahmadi
Ali Asghar Ahmadi

Onun sözlərinə görə, aprelin 12-i yerli vaxtla saat 12:45-dək prezidentliyə 197 nəfərin namizədliyi qeydə alınıb.

Onlardan 8-i qadındır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG