Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:51

Ağsu rayonunda sürüşmə baş verib


Martın 31-dən aprelin 1-nə keçən gecə Ağsu rayon Xanbulaq (keçmiş adı Gürcüvan) kəndi istiqamtində torpaq sürüşməsinin baş verdiyi bildirilir.

Məlumata görə, yolun təxminən 20 metr hissəsində torpaq sürüşüb. Bu səbəbdən kəndin rayon mərkəzi ilə əlaqəsinin kəsildiyi vurğulanır.

“Bu gün, aprelin 1-i səhər saatlarında əraziyə texnika göndərilib və yol açılıb”, bunu isə Ağsu Rayon İcra Hakimiyyətindən qeyd ediblər.

İcra hakimiyyətindən bildiriblər ki, həmin kənd dağ ətəyində yerləşir. Orada daha çox məcburi köçkünlər məskunlaşıb.“Torpaq sürüşməsinə səbəb isə son vaxtlar yağıntının çox düşməsidir. Martın 15-dən bu yana demək olar ki, hər gün yağır və yağıntı sürüşməyə səbəb olub”, qurumdan vurğulayıblar.

XS
SM
MD
LG