Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:22

Ağsu aşırımında yenə sürüşmə olub


Ağsu aşırımında yenidən sürüşmə baş verib.Verilən məlumata görə, yolun 140-cı və 145-ci km-də sürüşmə aktivləşib.

Bu barədə məlumatı Ağsu Rayon İcra Hakimiyyətindən də təsdiq ediblər. Qurumdan vurğulayıblar ki, orada tez-tez belə halların baş verməsinə səbəb həmin ərazinin “sürüşmə zonası”nda olmasıdır.

Rayon icra akmiyyətindən habelə bildiriblər ki, sürüşmə nəticəsində magistral yolda bir neçə santimetr dərinliyində çökmələr baş verib.“Amma yol idarəsinin əməkdaşları asfalta tökülən torpaq qatını təmizləməklə hərəkətin çətinləşməsinin qarşısın alırlar.”, qurumdan qeyd ediblər.

İcra hakimiyyətindən bildirildiyinə görə, son zamanlar yağıntıların normadan çox düşməsi də belə halların təkrarlanmasına əlavə zəmin yaradır.

Xatırlatma

Ağsu aşrımı Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-157-ci kilometirlik hissəsində yerləşir.

O dəniz səviyyəsindəm 900 m-ə qədər yüksəkdir, uzunluğu 14 kilometirdir. Son illər dolamalarda tez-tez sürüşmə baş verir.

Bu yolda yük maşınlarının hərəkətinə bir elə də icazə verilmir. Aprelin 1-də Ağsu rayonunun Xanbulaq kəndi istiqamətində də sürüşmə qeydə alınmışdı.

XS
SM
MD
LG