Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 11:41

Ağdamın kəndlərində sakinlər tikan üstündədir


Orta məktəbi və evi "qrad"la vurublar
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

VİDEO ARXİV. Tərtərdə evi, Ağdamda isə orta məktəbi "qrad" atəşinə tutublar.

-

Ağdamın bəzi kəndlərində indi atışma yoxdur, sakitçilikdir, bir avtomat səsi də eşidilmir. Bunu Çəmənli kəndinin sakinləri AzadlıqRadiosuna deyirlər.

Onların sözlərinə görə, dünən (aprelin 4-də) axşam saatlarında güclü atışma başlayıb, camaat kənddən çıxıb.

Qarşı tərəfdən atılan mərmilər Xındırıstan, Çəmənli, Üçoğlan və digər kəndlərdə dağıntılar törədib, mülki şəxslər arasında ölən və yaralananlar var, - sakinlər deyirlər.

Kənd sakinləri gündüzlər evlərinə qayıdırlar. «Hamının mal-qarası, toyuq-cücəsi var, məcburdur evinə baş çəkə», - bunu kənd sakini Esmira xanım söyləyir.

NƏ İŞIQ, NƏ İNTERNET VAR

Zəngişalı bələdiyyəsinin üzvü Nərgiz İmanova isə bildirir ki, qonşu Mərzili kəndi tərəfdən atəş səsləri eşidirlər: «Hamımız kənddəyik, qadınlar da, kişilər də. Ancaq dünən gecə möhkəm atdılar, adamın ürəyi partlayırdı. Kənddən 2-3 km aralıya endik. Kənddə evlərə, yola zərər dəyib. Yaralananlar var. İşıq yoxdur, qaz da yox idi, amma indilərdə veriblər. İnternet də yoxdur».

Gözlə

No media source currently available

0:00 0:01:28 0:00
Direct-ə keçid

Ağdamın 11 kəndi indi işıqsızdır. Sakinlər deyirlər ki, elektrik yarımstansiyası reaktiv artilleriya və toplardan atəşə tutulub. Nəticədə kəndlər işıqsız qalıb. «İndi işıqsız qalmışıq, amma söz veriblər ki, bir neçə saata işıqlar yanacaq», - sakinlər deyirlər.

CƏBHƏBOYU ATƏŞKƏS POZULUB

Müdafiə Nazirliyinin yaydığı son məlumatda bildirilir ki, Qazax, Tovuz, Goranboy, Tərtər, Ağdam, Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının cəbhəyanı ərazilərində atəşkəs 120 dəfə pozulub.

Nazirlik ölən və yaralananlar, o cümlədən, dağıntılar barədə məlumat vermir.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG