Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:30

Etirazçı köçkünlərə 15 sutka verildi


İllüstrasiya
İllüstrasiya

►Ağcabədidə etiraz aksiyası keçirən Laçın köçkünlərindən ikisinə oktyabrın 1-də 15 sutka inzibati cəza verilib.

Laçın rayon Vağazin kənd sakinləri oktyabrın 26-da rayonun Taxta Körpü deyilən ərazisində örüş sahələrinin əllərindən alınmasına etiraz olaraq yolu bağlayıblar.

Buna səbəb rayon icra hakimiyyəti və polisin otlaq sahələrinin əkilməsi ilə bağlı onların şikayətinə məhəl qoymaması olub.

Əksinə polis oktyabrın 1-də gələrək aksiyada iştirak edənlərdən Aslan İbrahimov və dayısı Bəkir Quliyevi aparıb və onlara 15 sutkalıq inzibati çəza kəsilib.

Bu barədə AzadlıqRadiosuna Aslan İbrahimovanın anası Sahibə İbrahimova məlumat verib.

Anasının dediyinə görə, bir nəfər köçkünlər üçün nəzərdə tutulan otlaq sahəsində əkin edib və bu onların etirazına səbəb olub.

Onlar Laçın rayon icra başçısı Akif Səlimovla görüşmək istəsələrə də qəbula düşə bilməyiblər və bundan sonra əsas yolu bağlayaraq etiraz aksiyası keçiriblər.

Buna da bax: Sabir Rüstəmxanlı: "Bu, şüursuzluğun əlamətidir"

Az sonra polis müdaxilə edərək aksiyanı dağıdıb.

Sakinlərin sözlərinə görə nazirliyin qərarına əsasən həmin ərazidə əsasən məcburi koçkünlər məskunlaşdığından və mal-qara saxladıqlarından, bu ərazilərin cəmi 3 faizində əkin etmək olar.

Anasının dediyinə görə, Aslan İbrahimov ürək xəstəliyindən əziyyət çəksə də yanına həkim buraxılmır.

Laçın rayon polis şöbəsində müvəqqəti saxlama məntəqəsi olmadığından onlar Ağcabədi rayonuna göndəriliblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG