Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:00

Ağ Ev Trump və Putinin təkbətək söhbətlərinə dair məlumatı açmaq istəmir


Donald Trump (solda) və Vladimir Putin Helsinkidə
Donald Trump (solda) və Vladimir Putin Helsinkidə

Ağ Ev ötən yay Helsinkidə Donald Trump və Rusiya prezidenti Vladimir Putin arasında təkbətək görüş barədə Konqresin üç komitəsinin sorğusunu rədd edib.

Ağ Evin müşavirlərindıən Pat Cipollone martın 21-də bu barədə məktubu Nümayəndələr Palatasının üç komitəsinin demokrat sədrlərinə göndərib.

Cipollone bildirib ki, prezidentin “xarici liderlərlə bu kommunikasiyanın açıqlanacağından çəkinmədən sərbəst şəkildə söhbət etmək ixtiyarı var”.

Bu ayın əvvəllərində sözü gedən üç komitə Ağ Evdən Trump və Putin arasında təkbətək və telefonla söhbətlərin təfərrüatlarını istəmişdi.

Onlar habelə bu söhbətlərə aid sənədləri və Trump-ın bu informasiyanı gizlətməyə çalışıb-çalışmadığına dair informasiyanı istəyirdilər.

Bundan başqa Konqres komitələrinin sədrləri Trump-la Putinin təkbətək görüşündə iştirak etmiş tərcüməçini dindirmək istədiklərini bildirmişdilər.

Ötən noyabr seçkisində Nümayəndələr Palatasında çoxluğa nail olandan bəri demokratlar Trump və onun administrasiyasına dair təhqiqatları intensivləşdiriblər.

Ötən iyulda Helsinkidə Putinlə keçirilən görüş zamanı Trump ABŞ kəşfiyyatının Rusiyanın seçki müdaxiləsinə dair qiymətləndirməsi ilə ziddiyyət təşkil edən bəyanat verməklə həm demokrat, həm də respublikaçı millət vəkillərini şoka salmışdı.

Bunun ardınca yazdığı Twitter postunda Trump xüsusi prokuror Robert Mueller-in Rusiyanın seçkimüdaxiləsinə dair araşdırmasını “saxta əcinnə ovu” adlandırmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG