Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 17:39

Ağ Ev Rusiyaya qarşı sanksiyalar qanununa dəstək verəcəyinə işarə edir


Ağ Evin mətbuat katibi Sarah Huckabee Sanders

Ağ Ev bildirib ki, Rusiyaya qarşı yeni sansksiyalar elan edən və prezident Trump-ın bu sanksiyaları qaldırmaq səlahiyyətlərinə məhdudiyyət qoyan bu qanunun qəbul edilməsinə açıqdır.

Ağ Evin sözçüsü Sarah Huckabee Sanders-in iyulun 23-də verdiyi bu bəyanatdan əvvəl respublikaçılar və demokratlar bildirmişdilər ki, onlar Rusiyaya qarşı sanksiyalar qanunu barədə öz aralarında razılığa gəliblər. Ağ Ev bundan əvvəl bu qanunvericilik aktına qarşı idi.

Xanım Huckabee Sanders ABC-nin "This Week" proqramına deyib ki, “biz qanunvericilik aktının indiki variantını dəstəkləyirik və Ukraynadakı situasiya tam həll olunanadək Rusiyaya qarşı sərt sanksiyalar məsələsində Nümayəndələr palatası və Senatla işləyəcəyik”.

Trump bundan əvvəl Moskva ilə münasibətlərin yaxşılaşdırılmasını istədiyini dəfələrlə bəyan etməklə Konqresdə hər iki partiyadan olan millət vəkillərinin narahatlığına səbəb olub. Onlar narahatdırlar ki, prezident Rusiyaya qarşı sanksiyaları qaldırmağa çalışa bilər.

Buna baxmayaraq Ağ Ev indiyədək Rusiya üzərindəki sanksiyaların qaldırılması istiqamətində niyyət nümayiş etdirməyib.

Həm də İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar nəzərdə tutan bu qanuna Nümayəndələr palatasında artıq iyulun 25-də baxıla bilər.

Senatın da qəbul edəcəyi bu qanuna görə Trump hər hansı sanksiyaları niyə qaldırmaq istədiyi barədə izahat verməli olacaq.

Millət vəkilləri bundan sonrakı 1 ay müddətində prezidentə belə bir səlahiyyətin verilib-verilmədiyi barədə qərar qəbul edəcəklər.

Trump-ın yeni kommunikasiyalar direktoru Anthony Scaramucci deyib ki, prezident bu qanunu imzalayacağı barədə hələlik heç bir fikir bildirməyib.

O CNN telekanalına deyib ki, prezident belə bir qərarı “ən qısa müddətdə” qəbul edə bilər.

AzadlıqRadiosunun müxbirləri bildirirlər ki, Trump-ın bu qanunvericiliyi imzalamaqdan imtina etməsi, Rusiyanın ABŞ seçkisinə müdaxiləsinə dair FTB və Konqres təhqiqatlarının getdiyi bir vaxtda Vaşinqtonda yeni siyasi qarşıdurmaya səbəb ola bilər.

Lakin iki vəzifəli ABŞ senatoru – respublikaçı John Thune və demokrat Ben Cardin deyiblər ki, qanun Trump-ın mümkün vetosunu aşmaq üçün kafi səs çoxluğu ilə qəbul olunacaq.

ABŞ prezidenti Trump yenidən Tvitter-də yazıb ki, “saxta Rusiya iddiaları ilə bağlı əcinnə ovu” davam edir.

ABŞ-ın kəşfiyyat orqanları bildirirlər ki, Kreml Clinton-un kampaniyasına ziyan vurmaq məqsədilə haker hücumuna və təbliğata komanda verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG