Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Afrikaya gilas ixrac edən Azərbaycanda meyvə niyə bahadır


Meyvə
Meyvə

«Yerli meyvə-tərəvəzin çoxdan bazara çıxarılmasına baxmayaraq, onların qiyməti hələ də düşmür və əhali bahalıqdan narazılıq etməkdə haqlıdır», - işadamı, iqtisadçı Nazim Bəydəmirli belə deyir və bunun səbəbini məmur inhisarında görür.

N.Bəydəmirli bugünlərdə Kənd Təsərrüfatı Nazirliyi yanındakı «Aqrar-Ticarət» qurumunun Afrikaya gilas ixrac etməsi ilə bağlı informasiyaya rast gəldiyini söyləyir: «Görünür, Afrikaya ixraca o qədər tələb var ki, bizdə gilasın qiyməti sıçrayışla yüksəlib».

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin və müxtəlif qurumların dövlət büdcəsi hesabına bizneslə məşğul olması nəticədə bu cür bahalaşmaya səbəb olur. İqtisadçı bildirir ki, dövlət qurumlarının bizneslə məşğul olması məmurlara öz inhisarını qurmaq fürsəti verir, əslində, bu iş birbaşa sahibkarlara həvalə olunmalı, onların bazar, yarmarkalara çıxışları asanlaşdırılmalıdır.

N.Bəydəmirliyə görə, meyvə-tərəvəzçiliklə məşğul olan kəndlilərin ucuz kredit resursuna çıxışının olmaması da qiymətlərin artmasında böyük rol oynayır.

Bu il Azərbaycanda meyvə-tərəvəz ötən illərlə müqayisədə çox bahadır. Kənd təsərrüfatı mütəxəssislərindən bunu hava şəraitinin əlverişsiz keçməsi, mövsümün 15 gün gecikməsi ilə izah edənlər də var. Amma bəzi ekspertlər bu qənaətdədir ki, kəndlinin bazara, kənd təsərrüfatı yarmarkalarına birbaşa çıxışına imkan yaradılmaması, bu sahədə də inhisarın mövcudluğu qiymət artımına səbəb olur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG