Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Əfqanıstanda törədilmiş partlayışda azı 43 nəfər ölüb


Əfqanıstanda ruhanilərin böyük yığıncağında törədilmiş intiharçı bomba partlayışı nəticəsində azı 43 nəfərin öldüyü xəbər verilir.

Səhiyyə Nazirliyinin sözçüsü Wahid Majrooh AzadlıqRadiosuna deyib ki, noyabrın 20-də baş vermiş partlayışda daha 83 nəfər xəsarət alıb. Ruhanilər Məhəmməd peyğəmbərin doğum gününü qeyd edirdilər.

Daxili İşlər Nazirliyinin sözçüsü Najib Danish-in dediyinə görə partlayışı intiharçı törədib.

O ölən və yaralananların sayının 50-dən çox olduğunu bildirib.

Partlayışın baş verdiyi otelin meneceri AFP agentliyinə deyib ki, intiharçı üstündəki bombanı yığıncağın ortasında partladıb.

Əfqanıstan paytaxtında son aylarda baş vermiş bu ən ölümcül hücuma görə hələlik məsuliyyəti heç kim üzərinə götürməyib.

Əfqanıstanda hökumətlə əməkdaşlıq edən ruhanilərin tədbirlərinə belə hücumları adətən özünü İslam Dövləti adlandıran təşkilat və Taliban törədir.

Əfqanıstanın təhlükəsizlik qüvvələri 2014-cü ildə əksər NATO qoşunlarının bu ölkədən çıxarılmasından bəri iki cəbhədə mübarizə aparmağa məcbur olub.

Ötən iyunda paytaxtda ali ruhani xadimlərin toplantısında törədilmiş bomba partlayışına görə məsuliyyəti öz üzərinə İD götürmüşdü.

Əfqanıstanın Üləmalar Şurası intiharçı hücumların haram olduğu barədə fətva verib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG