Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Əfqan Muxtarlının telefon hüququnun məhdudlaşdırıldığı deyilir


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

16 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan jurnalist Əfqan Muxtarlının xanımı Leyla Mustafayevə deyir ki, həyat yoldaşının telefonla danışmaq hüququ məhdudlaşdırılıb.

Onun sözlərinə görə, Əfqan Muxtarlı bunu dünən, noyabrın 19-da elə telefon danışığında ona deyib.

“Deyir ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyi onun yaxınları ilə telefon əlaqəsini məhdudlaşdırıb”, deyən Leyla Mustafayevanın vurğulamasına görə, Muxtarlıya telefonla həftədə iki dəfə danışmaq icazəsi verirlər:

“Həftədə cəmi iki dəfə zəng etmək imkanı olur. Ona deyiblər, hər dəfə yalnız 1 nəfərlə danışa bilər. Səbəbini soruşub, deyiblər ki, tapşırıq Prezident Aparatından gəlib”.

Həyat yoldaşının iddiasına görə, onunla telefon danışığına məhdudiyyət qoyulmasa da başqa yaxınları ilə bağlı bunu demək olmaz.

Qanunvercilik nə deyir?

Yerli qanunvericiliyə görə, həbsdə olan şəxs həftədə azı iki dəfə istədiyi şəxslərlə 15 dəqiqəyədək telefonla danışmaq hüququna malikdir. Bundan başqa həbsdəkilərin həm də həftədə 1 dəfə yaxınları ilə görüşməık hüququ var.

Hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan Əfqan Muxtarlının telefonla danışıq hüququnun məhdudlaşdırılması barədə deyilənlərə münasibət öyrənmək mümkün olmayıb. Ancaq Penitensiar Xidmət rəsmiləri bundan əvvəl oxşar şikayətlərlə bağlı bildiriblər ki, Azərbaycandakı cəzaçəkmə müəssisələrində məhbuslara ayrıseçkilik qoyulmur, onlarla qanunlar çərçivəsində davranılır.

Xatırlatma

Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izni alıb. Ancaq ötən il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Əfqan Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il həbs cəzası alıb.

XS
SM
MD
LG