Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:45

Bakı yük stansiyası ləğv edilib


Dəmiryol
Dəmiryol

«Azərbaycan Dəmir Yolları» QSC-də struktur dəyişikliyi baş verib. Bakı şəhər yük stansiyası struktur bölməsi kimi ləğv edilib, onun istifadəsində olan əmlak isə «ADY Konteyner» MMC-yə ötürülüb.

«ADY Konteyner» MMC 50 min manatlıq nizamnamə kapitalı ilə bu ilin iyununda yaradılıb.

«Yeni şirkəti yaratmaqda məqsəd dəmiryolu ilə yük daşımalarında təhlükəsizliyi təmin etmək, yükdaşıma fəaliyyətini optimallaşdırmaq və konteyner daşımalarını mərkəzləşdirilmiş qaydada gerçəkləşdirməkdir». Bunu AzadlıqRadiosuna «Azərbaycan Dəmir Yolları» QSC-nin sözçüsü Sevinc Qədirova deyib.

Sentyabrın 8-də «ADY Konteyner» MMC-nin Beynəlxalq Transxəzər (yeni adı – «Middle corridor») Nəqliyyat Konsorsiumuna yeni üzv kimi daxil olması haqqında qərar qəbul edilib.

Bundan öncə ADY-nin İdarə Heyətinin sədri Cavid Qurbanovun əmrləri ilə bir neçə kommersiya qurumu, o cümlədən «ADY Ekspress» MMC və «ADY Əmlak» MMC yaradılmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG