Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:25

Rusiyanın yeganə təyyarədaşıyan gəmisində yanğın - bir ölü, bir itkin VIDEO)


Admiral Kuznetsov
Admiral Kuznetsov

Dekabrın 12-də Murmansk yaxınlığındakı “Zvyozdoçka” gəmi tərsanəsində Rusiyanın yeganə təyyarədaşıyan gəmisində yanğın baş verib.

Interfax agentliyi Fövqəladə Hallar Nazirliyinə istinadən bildirib ki, Admiral Kuznetsov kreyserində baş vermiş yanğın nəticəsində 1 hərbçi həlak olub, 12 nəfər xəsarət alıb.

Onlardan birinin vəziyyəti kritikdir. Bundan əvvəl üç nəfərin itkin düşdüyü xəbər verilirdi. Onların yanğın baş verəndə gəminin zirzəmi hissəsində olduqları bildirilib.

Gəminin komandanlığı rəsmən iki hərbi qulluqçunun xəsarət aldığını bildirib. Lakin gəmidə mülki şəxslərin də olduğu deyilir.

İlkin araşdırmaya görə yanğın gəminin enerji blokundan başlanıb, daha sonra isə kabellərin alışması nəticəsində alov habelə gəminin dizel yanacağı olan hissəsinə adlayıb.

Versiyalardan birinə görə yanğın qaynaq işləri zamanı təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verib.

Yanğının ümumilikdə 600 kvadratmetr sahəni bürüyüb. Xəbər verilirdi ki, gəminin yanğın olan hissəsinin su ilə doldurulması planlaşdırılır və əslində “kreyserin xilası uğrunda” mübarizə gedir.

Admiral Kuznetsov gəmisi Rusiya hərbi dəniz donanmasının istismarına 1991-ci ildə verilib.

Bu gəmi 2016-cı ildə Suriya sahillərinə göndərilmişdi. Orada gəminin göyərtəsinə enərkən əvvəlcə MiG-29K, sonra isə Su-33 təyyarəsi qəzaya uğramışdı.

Admiral Kuznetsov gəmisi sosial mediada tez-tez məsxərəyə qoyulur. Kreyser Suriyaya göndərilərkən yol boyu qatı qara tüstü buraxırdı və onu vaxtaşırı yedayə qoşmaq lazım gəlirdi.

Gəmi Suriyadan qayıtdıqdan sonra Murmanskdakı tərsanələrdən birində təmirə dayanmışdı.

Amma burada gəmini izləyən insidentlər ara verməmişdi. 2018-ci ildə onun təmirində iştirak edən PD-50 üzən doku batmışdı. Bunun ardınca təyyarədaşıyan gəminin üstünə 15 metr hündürlükdən kran düşmüşdü.

O vaxt iki nəfər xəsarət almışdı, bir nəfər isə itkin düşmüşdü. Xəbər verilirdi ki, gəminin “həyati əhəmiyyətli” avadanlığına ziyan dəyməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG