Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:55

Professor Adil Qeybulla aclıq edən Tofiq Yaqublu ilə görüşüb


Professor Adil Qeybulla
Professor Adil Qeybulla

Bu gün, sentyabrın 11-də tibb professoru Adil Qeybulla hazırda həbsdə olan Milli Şura və Müsavat Partiyasınün üzvü Tofiq Yaqublu ilə görüşüb.

Görüşdən qayıdan Adil Qeybulla jurnalistlərə açıqlamasında deyib ki, o, təcridxana rəhbərliyinin müşahidəsi ilə sanitar hissədə Tofiq Yaqublu ilə görüşüb.

Professor vurğulayıb ki, Tofiq Yaqublu artıq 10-cu gündür aclıq aksiyası keçirir.

“Bu cür aclıqda ürək qəfil dayana bilər”

Adil Qeybullanın sözlərinə görə, artıq aclığın 2-ci həftəsi insan həyatına təhlükə dövrünün başlanması kimi dəyərləndirilir:

“Bilirsiniz ki, aclıq aksiyasında su qəbulu şərtdir. Özü də su, duz qəbulu mütləqdir.Amma Tofiq Yaqublu uzun müddətdir, suyu da düz qəbul etmir. Biz ona vəziyyəti izah etdik, bunun onun həyatına təhlükə olduğunu izah etdik. Bu cür aclıqda ürək qəfil dayana bilər. 60-a yaxın yaşı var, bu yaxınlarda əməliyyat olunub, astma xəstəliyi var. Amma o israrla aclığı davam etdirəcəyini bildirdi”.

Adil Qeybullanin sözlərinə görə, bundan sonra onun xahişi və sanitar həkimlərin iştirakı ilə bəzi tibbi tədbirlər görülüb:

“Venadaxili, bir litr maye köçürtdük, vitaminlər köçürtdük. Sonra onu öz yerinə yola saldıq. Tofiq Yaqublu aclığı dayandırmadı. Amma mən bir həkim kimi deyirəm ki, vəziyyət çox ciddidir...”

Adil Qeybulla daha sonra jurnalistlərin suallarına cavab olaraq bildirib ki, qızı Nigar Həzinin də dediyi kimi, Tofiq Yaqublu dünən, sentyabrın 10-da özündən gedib. Professor deyib ki, aclıq aksiyasının bu mərhələsində qan təzyiqində oynama normal haldır.

Adil Qeybullanın dediyinə görə, məhz bu səbəbdən onun xahişi ilə bəzi tibbi tədbirlər görülüb.

Professor Tofiq Yaqublu ilə görüşünə imkan verildiyi üçün təşəkkürünü ifadə edib.

Tofiq Yaqublunun azadlığı üçün hökümətlə danışıqlar gedir
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

Professor Adil Qeybullanın təcridxanada olan Tofiq Yaqublu ilə görüşünə icazə verilməsindən ötrü müdafiə tərəfi Penitensiar Xidmətə müraciət etmişdi.

Xatırlatma

Tofiq Yaqublu bu il martın 22-də tutulub. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında Tofiq Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub:

"Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

Tofiq Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə Tofiq Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.

Tofiq Yaqublu elə həmin gün həbsinə etiraz olaraq aclıq aksiyası (sentyabrın 2-dən) keçirdiyini bəyan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG