Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:39

Adamlar tibbi sığortanı hələ çoxmu gözləyəcəklər?


Tale Bağırzadənin həyat yoldaşına cinayət işi açılır?
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

Tale Bağırzadənin həyat yoldaşına cinayət işi açılır?

Rəsmilər iddia edirlər ki, gələn ildən sığorta sistemini bütün ölkədə tətbiq etmək mümkün olacaq. Görəsən hazırda bütün ölkə boyu tətbiq olunmalı tibbi sığorta proqramının durumu necədir?

Bakı sakini Bədəl Cəfərov deyir ki, tibbi sığortanın ona da şamil olunacağını səbirsizliklə gözləyir:

“Ağırlıq düşmüşdü belimə, yırtıq əmələ gəlmişdi. Nə qədər xərcim çıxdı. Respublika Onkoloji Xəstənasında ən ucuz MRT edirlər - 90 manata. Pensiyaçı adamam, pul çatdıra bilmirəm. İynə-dərman bahadır”.

Yeri gəlmişkən qeyd edək ki, dövlətin nəzarətində olan xəstəxanalarda vətəndaşların pul ödəmələri barədə zaman-zaman məlumatlar səslənsə də, Səhiyyə Nazirliyinin rəsmiləri bir qayda olaraq bunu inkar edir, dövlət səhiyyə xidmətinin pulsuz olduğunu deyirlər.

10 ilə yaxındır Azərbaycanda əhaliyə tibbi xidmətin yaxşılaşdırılması, səhiyyə sistemində əliəyriliyə son qoyulması üçün ölkə boyu tibbi sığortanın tətbiqi barədə danışılır. Amma hələlik bu tip sığorta sınaq olaraq yalnız bir neçə rayonda - Mingəçevir, Ağdaş və Yevlaxda tətbiq edilir.

Rəşad Həsənov
Rəşad Həsənov

Prezident İlham Əliyev də bugünlərdə deyib ki, gələn ilə ölkə boyu tibbi sığortanın tətbiqinə başlayacaqlar.Amma Sosial və İqtisadi İnkişaf Mərkəzinin təhlilçisi Rəşad Həsənov bunun baş tutacağına şübhə edir. O, pilot rayonların təcrübəsinə əsaslanaraq deyir ki, sınaq üçün tətbiq edilən rayonlarda da xüsusilə maliyyələşmə və idarəetmə ilə bağlı problemlər var:

“Hər hansı bir xidmətdən istifadə üçün vətəndaş müraciət edir, onu xəstəxanaya gətirib çatdırırlar. Xəstənin qəbul edilib-edilməyəcəyi barədə çox ciddi müzakirə başlayır. İyerarxiya və ödəniş mexanizminin özü o qədər mürəkkəb qurulub ki, təcili durumda olan xəstə gözləmək məcburiyyətində qalır. Bu halda adamlar öz xəstəsini digər alternativ səhiyyə müəssisənə aparmaq məcburiyyətində qalırlar”.

Amma Tibbi Sığorta Agentliyi bu sınaq rayonlarda işin gedişindən razıdır. Agentliyin bugünlərdə yayılan 2018-ci ilə dair hesabatında deyilir ki, regionlardakı layihə ugurla həyata keçirilib.

“Pilot ərazilərdə yaşayan sığortaolunanlar və məcburi köçkünlər baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərlə təmin edilib, əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü xeyli azaldılıb. Nəticədə göstərilən xidmətlərdən məmnunluq və tibbi xidmətlərə əlçatanlıq səviyyəsi əhali arasında müvafiq olaraq 87% və 77% (Mingəçevir şəhər və Yevlax rayonu üzrə göstəricilər ümumiləşdirilib), Ağdaş rayonu üzrə isə müvafiq olaraq 90% və 62% təşkil edib”.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Tibbi sığortanın olmaması hansı çətinlikləri yaradır?
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov “Qafqazinfo”ya müsahibəsində deyib ki, xidmətlər zərfinin baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək.

Baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti aiddir. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə İCBARİ TİBBİ SIĞORTA haqqının ödənilməsi məcburidir.

İqtisadi təhlilçi Rəşad Həsənov isə deyir ki, tibbi sığortanın maliyyələşməsində şəffaflığa önəm vermək lazımdır:

“Təşkilatçılıq bir problemdir. Sektorda inhisarçılıq başqa bir problemdir. Hazırda Səhiyyə Nazirliyinin özü bu prosesdə əsas inhisarçılardan biridir. Dövlət Səhiyyə sisteminin maliyyələşməsi ilə bağlı hələlik mexanizmlər təkmilləşdirilməyib. Bir tərəfdən Səhiyyə Nazirliyinə vəsait ayrılır, digər tərəfdən də icbari tibbi sığorta. İcbari tibb sığorta da həmin ödənişlərin göstərilməsi üçün ödəniş etməlidir. Burda şəffaf maliyyələşmə mexanizmi qurulmalıdır. Vəsaitlər faktiki olaraq səhiyyə müəssisələrin iki istiqamətdən daxil olur”.

Azərbaycanda "İcbari tibbi sığorta haqqında" qanun 19 il əvvəl qəbul olunub. Bir il əvvəl, dövlət büdcəsi müzakirə olunarkən onun 2019-cu ildə bütün ölkədə tətbiq olunacağı gözlənilirdi, amma bu il də sığortanın tətbiqi təxirə salındı və gələn il icra olunacağı barədə vəd verildi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG