Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:55

Adam Schiff-ə görə, Trump ciddi müqavimətlə üzləşə bilər


 Adam Schiff
Adam Schiff

“Əgər yeni seçilmiş prezident Donald Trump Rusiyaya qarşı sanksiyaları ləğv eləmək istəsə, Konqresin qəti müqaviməti ilə üzləşəcək”.

Bunu Nümayəndələr palatasının Demokrat partiyasından olan üzvü Adam Schiff bildirib.

Onun bəyanatını ABC televiziyası yayıb.

“Düzünü desək, Konqres Rusiyaya qarşı tətbiq edilmiş tədbirləri yetərincə saymır”,deyə o bildirib.

Schiffin sözlərinə görə, onun həmkarları, əksinə Moskvaya qarşı təzyiqlərin gücləndirilməsini təkid edirlər, özü də də bu mövqei, John Mackein və Lindsay Grema da daxil olmaqla bir sıra respublikaçılar da dəstəkləyir.

Qeyd edək ki, Obama administrasiyası dekabrın 29-da fiziki şəxslər də daxil olmaqla bir sıra Rusiya müəssisələri vəşirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

Onlar ABŞ-da keçirilən prezident seçkisinə qarışmaqda və amerikalı diplomatlara təzyiq göstərməkdə ittiham olunurlar.

Vaşiqnton həmçinin buna görə 35 rusiyalı diplomatı ölkədən çıxarıb.

Amma Rusiya prezidenti Vladimir Putin buna cavab olaraq amerikalı diplomatların ölkədən çıxarılması təklifini qəbul etməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG