Keçid linkləri

2024, 14 Sentyabr, şənbə, Bakı vaxtı 07:42

Aksiya: Siyasi məhbus sayılanlara ad günlərində kitab hədiyyəsi


Samirə Ağayeva
Samirə Ağayeva

Vətəndaş cəmiyyəti fəalları həbsdə olan siyasi məhbus sayılan şəxslərin ad günləri münasibətilə kitab aksiyası keçirir. Yığılan kitabların ad günləri qeyd edilən və hazırda həbsdə olan gənc fəallar Qiyas İbrahim və İlkin Rüstəmzadəyə göndəriləcəyi planlaşdırılır.

Təşkilatçılardan hüquqşünas Samirə Ağayeva bildirib ki, aksiya zamanı yüzdən çox bədii və elmi kitab toplanıb.

“Vətəndaşlar kitabları gətirməkdə davam edirlər", o, deyib.

Samirə Ağayeva siyasi məhbus hesab edilən digər şəxslərin də ad günlərində kitab toplanılması aksiyasının davam etdiriləcəyini bildirib.

Xatırlatma

Yerli hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti qurumları Azərbaycanda 150-yə yaxın siyasi məhbusun olduğunu bildirir.

Ancaq hökumət rəsmiləri ölkədə heç kimin siyasi motivlərlə həbs edilmədiyini vurğulayırlar.

Onların deməsinə görə, siyasi məhbus siyahısında yer alanlar sırf törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

İlkin Rüstəmzadə 6 il öncə "Əsgər ölümlərinə son" aksiyalarından sonra həbs olunub. O, xuliqanlıq və başqa ittihamlarla 8 il azadlıqdan məhrum edilib. Gənc fəal ittihamları qəbul etmir.

Qiyas İbrahim isə 2016-cı ildə narkotik ittihamı ilə saxlanaraq 10 il azadlıqdan məhrum edilib. O, da ittihamı qəbul etmir.

Qiyas İbrahimin əslində eks-prezident Heydər Əliyevin heykəlinin postamentinə "Qul bayramınız mübarək!" yazısına görə, həbs edildiyi iddia edilir.

XS
SM
MD
LG