Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:31

Adına pay torpağı olanlar işləməsə də, işsiz sayılmır


İmişli və Sumqayıtda etiraz: Qeydiyyatsız işçilərin tələbləri var
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

İmişli və Sumqayıtda etiraz: Qeydiyyatsız işçilərin tələbləri var

İşsiz şəxslərdən kimlərə birdəfəlik ödəmə veriləcəyi açıqlanıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd edilib ki, məşğulluq haqqında qanunvericiliyə əsasən, işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan əməkqabiliyyətli şəxs işsiz şəxs hesab olunur.

Vurğulanıb ki, qanunla aşağıdakı şəxslər isə məşğul hesab olunduğundan onlara işsizlik statusu verilmir:

- Muzdla (əmək müqaviləsi ilə) işləyənlər.

- Mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər.

- Sahibkarlar (VÖEN-i olanlar).

Habelə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar (müvafiq dövlət aktı və çıxarışı olanlar), əyani təhsil alan tələbələr və Azərbaycan Silahlı Qüvvələrində xidmət edənlər də birdəfəlik müavinət almayacaqlar.

Nazirlikdən əlavə edilib ki, məşğulluq xidmətləri tam elektronlaşdırılıb və işsiz şəxslərin qeydiyyatı da elektron şəkildə aparılır.

Nazir: "Ailənin bir üzvü əməkhaqqı alırsa…"

Ailənin bir üzvü əməkhaqqı alırsa, digər üzvünə birdəfəlik ödəmə verilməyəcəyi gözlənir.

“Turan” agentliyinin xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı bu gün, aprelin 7-də keçirdiyi mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, resurslardan düzgün şəkildə istifadə etmək lazımdır:

"Əgər ailənin hər hansı üzvü dövlətdən hansısa dəstək alırsa, (məsələn müavinət, sosial yardım, pensiya və s) ona birdəfəlik ödəmə verilməyəcək”.

O qeyd edib ki, dövlətin dəstəyi pandemiya dövründə sosial cəhətdən zəif kontingentə yönəlib. “Bəzən əmək müqaviləsi ilə işləyənlər də birdəfəlik ödəmə üçün müraciət edirlər", nazir vurğulayıb.

Prezident martın 19-da koronavirusla bağlı dünya enerji, səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. O, sərəncamın icrası ilə bağlı 1 milyard manat pul ayırıb. Nazirlər Kabineti prezidentin bu sərəncamın icrası ilə bağlı aprelin 4-də Tədbirlər Planını təsdiqləyib.

Planda olanlar...

Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərdən (ölkədə rəsmən 1.7 milyona yaxın muzdlu işçi olduğu bildirilir) əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 300 min nəfərə 215 milyon manat həcmində kompensasiya veriləcək. Habelə, sənəddə 300 min fərdi (mikro) sahibkara veriləcək maliyyə dəstəyinin həcmi də açıqlanıb. Onlara da ümumilikdə 80 milyon manat maliyyə dəstəyi verilməlidir. Eyni zamanda, Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində -190 manat birdəfəlik ödəmə veriləcək. Həmçinin, əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılacaq.

Bəzi müstəqil ekspertlər Tədbirlər Planını yarımçıq sayır.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 75 min civarında şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 641 şəxsin koronavirus infeksiyasına yoluxduğu, onlardan 44 nəfərin müalicə olunaraq sağaldığı, 7 nəfərin də vəfat etdiyi açıqlanıb. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır. Martın 31-dən də aprelin 20-nə kimi paytaxt Bakıda metronun fəaliyyəti dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxırlar. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər. Əks halda, cərimələnirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG