Keçid linkləri

Təcili xəbərlər
2020, 05 İyul, bazar, Bakı vaxtı 09:11

AXCP: Mayın 9-da saxlananlardan biri sərbəst buraxılıb, digəri həbs edilib


Polis, arxiv foto

Mayın 9-da saxlandğı deyilən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Mingəçevir şöbəsinin üzvü Ceyhun Rzayevə 10 sutka inzibati həbs cəzası verildiyi bildirilir.

AXCP-dən verilən məlumata görə, O, Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535-ci ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsinin pozulmasında ittiham olunub.

Amma bu məlumata, hələlik, məhkəmənin özündən münasibət almaq mümkün olmayıb.

***

Mingəçevir şəhərində "1941-1945" abidəsinin qarşısında çəkliş aparanrkən saxlandığı bildirilən Elçin Həsənovun elə dünən, mayın 9-da sərbəst buraxıldığı açıqlanıb.

Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) Azadlıq Radiosuna məlumat verilib. Amma saxlandığı deyilən ikinci şəxs, AXCP Mingəçevir şöbəsinin üzvü Ceyhun Rzayevlə bağlı isə yeni məlumat yoxdur.

AXCP-dən verilən bu açıqlamaları Daxili İşlər Nazirliyindən, hələlik, dəqiqləşdirmək mümkün olmayıb.

***

Mayın 9-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mingəçevir şöbəsinin üzvü Ceyhun Rzayevi polisin saxladığı bildirilir.

Bu barədə Azadlıq Radiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, C. Rzayev Mingəçevir şəhərində "1941-1945" abidəsinin qarşısında Məmməd Əmin Rəsulzadənin şəklini qaldırdığına görə, saxlanıb.

Qeyd edildiyinə görə, həmin olayı çəkən, Elçin Həsənov adlı şəxs də saxlanaraq naməlum istiqamətə aparılıb.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Mayın 9-u faşist Almaniyası üzərində qələbənin 75 illiyi qeyd edilir.

Məmməd Əmin Rəsulzadə isə1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularındandır.Hazırda hakimiyyətdə ona qisqanc münasibət olduğu deyilir.Hərçənd, rəsmilər belə fikirləri düzgün saymırlar.

XS
SM
MD
LG