Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

CNN Ağ Evi məhkəməyə verib


Noyabrın 7-də keçirilən mətbuat konfransında prezidentlə jurnalist Acosta arasında söz qarşıdurması yaşanıb
Noyabrın 7-də keçirilən mətbuat konfransında prezidentlə jurnalist Acosta arasında söz qarşıdurması yaşanıb

ABŞ-ın CNN televiziya şəbəkəsi öz müxbirinin Ağ Evə akkreditasiyasının ləğv olunması ilə əlaqədar prezident Donald Trump-ın administrasiyasını məhkəməyə verib. Telekanal bildirir ki, bu insidentdə mətbuatın azadlığına dair Konstitusiya maddəsi pozulub.

CNN noyabrın 13-də yaydıığı bəyanatda məhkəmədən müxbir Jim Acosta-nın Ağ Evə giriş vəsiqəsinin qaytarılması istənildiyini bildirir.

“Bu məhkəmə işi CNN və Acosta-ya aid olsa da, hər bir kəsin başına gələ bilərdi. Əgər boş buraxılsa, Ağ Evin hərəkətləri seçkili rəsmilər barədə reportaj verən hər hansı bir jurnalist üçün dəhşətli təhlükə yarada bilər”.

Trump dəfələrlə ABŞ mediasını tənqid edərək, media qurumlarını “Amerika xalqının düşmənləri” adlandırıb. O xüsusilə də CNN-i və jurnalist Acosta-nı kəskin sözlərlə hədəfləyib. Acosta mətbuat konfranslarında prezidentə daim çətin suallar verirdi.

Ağ Ev Acosta-nın akkreditasiyasını noyabrın 7-də, aralıq seçkilərinin nəticələrinə həsr olunmuş mətbuat konfransında Trump-ın suala cavab vermək istəməməsi ilə bağlı yaranmış söz qarşıdurmasından sonra ləğv olunub.

Trump jurnalistin üstünə açılanaraq deyib: “Bəsdir, mikrofonu yerə qoy”. Bu vaxt mətbuat konfransının təşkilatçılarından bir qadın Acostanın mikrofonunu əlindən almaq istəyib. Acosta “xanım, bağışlayın” deyərək mikrofonu vermək istəməyib.

Lakin Ağ Evin sözçüsü Sarah Sanders iddia edib ki, “Acosta Ağ Evin əməkdaşı olan və öz vəzifəsini yerinə yetirən gənc qadına toxunub”.

Acosta yazdığı tvitdə Sanders-in “yalan dediyini” qeyd edir. CNN öz müxbirini tamamilə dəstəklədiyini bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG