Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:35

Əbülfəz Bunyadov buraxılmadı


Əbülfəz Bünyadov

Əbülfəz Bunyadov buraxılmadı5-ci il noyabrın 26-da Nardaranda altı nəfərin öldüyü polis əməliyyatı keçirilən evin sahibi, özü də güllələnərək hərəkət qabiliyyətini tam itirmiş Əbülfəz Bünyadov haqqında çıxarılmış 15 illik həbs hökmü qüvvədə saxlanılıb.

Sentyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində Əmir Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb.

Qərara əsasən, Nardaran hadisələrinə görə axtarışa verilib, 1 il 4 ay sonra həbs olunan Elxan İsgəndərov haqqında 14 illik həbs hökmü də dəyişdirilməyib.

Qərar elan olunmamışdan öncə vəkil Fariz Namazlı çıxış edib, hər iki şəxsin təqsirsiz olduğunu deyib.

Əbülfəz Bünyadov özü məhkəmədə iştirak etməyib. Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Əbülfəz Bünyadov məhkəməyə xərəkdə gəlib-getməyin onun üçün işgəncə olduğunu bildirərək, apellyasiya şikayətinə onun iştirakı olmadan baxılması barədə ərizə yazmışdı. Ona görə də prosesdə iştirak etmirdi.

Digər təqsirləndirilən Elxan İsgəndərov isə məhkəmədən bəraət istəyib.

Təxminən on dəqiqəlik müşavirədən sonra hakimlər apellyasiya şikayətinin təmin olunmadığı, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlandığını elan ediblər.

Vəkil Fariz Namazlı AzadlıqRadiosu-na bildirib ki, qərardan Ali Məhkəməyə kasasiya şikayəti veriləcək.

Xatırlatma

Əbülfəz Bünyadov "Müsəlman Birliyi" Hərəkatının İdarə Heyətinin üzvüdür.

O, 2015-ci il noyabrın 26-da Nardaran əməliyyatında yaralanaraq iflic olmasına baxmayaraq, həmin gün tutulub və 1 il 1 ay həbsdə saxlanılıb, 2016-cı ilin sonunda polis nəzarətinə vermə qətimkan tədbiri ilə həbsdən buraxılıb.

2018-ci il iyulun 11-də 15 illik həbsi haqqında hökm oxunarkən məhkəmə zalında həbs edilib. Hökmə əsasən, o, 15 illik cəzanın ilk üç ilini Qobustanda həbsxana rejimində çəkməlidir.

"Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir.

Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və başqa maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

Taleh Bağırov və onunla birlikdə mühakimə olunmuş digər şəxslər kimi, Əbülfəz Bünyadov da saxlanılarkən və ondan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını söyləyib.

Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən, işgəncə iddialarını təkzib ediblər.

XS
SM
MD
LG