Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:27

ABŞ Suriyada İrana bağlı qüvvələrə zərbələr endirib


ABŞ-ın müdafiə naziri Lloyd Ostin
ABŞ-ın müdafiə naziri Lloyd Ostin

Birləşmiş Ştatlar Suriyanın cənub-şərqində, İraqla sərhəddə İrana bağlı qruplaşmalara iki aviasiya zərbəsi endirib.

Bu barədə məlumatı ABŞ-ın müdafiə naziri Lloyd Ostin verib.

Reuters Ostinə istinadla xəbər verir ki, zərbələr Suriya və İraqdakı Amerika bazalarına hücumlara cavab olaraq İran İnqilab Keşçikçiləri Korpusunun (İİKK) Fərat dərəsində Məyadin və Abu Kəmal yaşayış məntəqələrindəki obyektlərinə və onlara bağlı silahlı qruplaşmalara endirilib.

Məlumatda bildirilir ki, Deyr əz-Zor qəzasındakı Abu Kəmal şəhərində İİKK-nin təlim mərkəzi yerləşir. Zərbələrin nəticələri barədə məlumat yoxdur.

Ostinin məlumatında deyilir ki, zərbələrin endirilməsini prezident Co Bayden əmr edib.

Son həftələr ərzində ABŞ və koalisiya qüvvələri İraq və Suriyada 40 dəfədən az olmayaraq İran tərəfindən dəstəklənən silahlı birləşmələr tərəfindən hücumlara məruz qalıb. Azı 45 ABŞ hərbçisinin yaralandığı xəbər veririlir.

ABŞ, bazalarına təhlükə

Yaxın Şərqdə vəziyyət oktyabrın 7-dən HƏMAS radikal Fələstin qruplaşması İsrailə hücum edəndən bəri gərginləşib.

Bu hücum nəticəsində 1400-dən çox ölən olub və azı 200 nəfər girov götürülüb. Bu hücuma cavab olaraq İsrail HƏMAS-a müharibə elan edib.

İran və onun tərəfdarları bildirirlər ki, İsrailin HƏMAS-a müharibə elan etməsinə görə ABŞ da məsuluyyət daşıyır.

İsrail və HƏMAS arasında münaqişənin böyüyərək bütün Yaxın Şərqə yayılacağından və ABŞ bazalarının hədəf ediləcəyindən narahatlıq artıb və bu səbəbdən ABŞ regiona hərbi gəmilər və qılrıcı təyyarələr göndərib.

ABŞ habelə sözü gedən hərbi bazalara yaxın ərazilərin patrul keşiyini gücləndirib, hərbi obyerktlərə girişi məhdudlaşdırıb və dronlar vasitəsilə informasiya toplanmasını intensivləşdirib.

XS
SM
MD
LG