Keçid linkləri

Təcili xəbərlər
2020, 12 Avqust, çərşənbə, Bakı vaxtı 10:50

Pompeo : ABŞ Belarusu enerji qaynaqları ilə təmin etməyə hazırdır


Alexander Lukashenko (solda ) və Mike Pompeo Minsk, 1 fevral 2020

Birləşmiş Ştatlar Belarusu enerji ilə "yüz faiz rəqabətli qiymətlərlə" təmin etməyə hazırdır "

Bu fikirləri ABŞ dövlət katibi Mike Pompeo şənbə günü Minskdə Belarus liderləri ilə danışıqlardan sonra. ​

ABŞ-ın yüksək səviyyəli bir rəsmisinin səfəri inteqrasiya ilə bağlı fikir ayrılıqları və enerji qiymətləri ilə bağlı mübahisələr səbəbindən Minsk və Moskva arasında münasibətlərin kəskinləşməsi fonunda baş tutur.
Pompeo Belarus Prezidenti Alexander Lukashenko və xarici işlər naziri Vladimir Makei ilə görüşüb. Danışıqlardan sonra keçirilən mətbuat konfransında dövlət katibi Belarusun "müstəqil olaraq heç bir gücə alışmadan inkişaf yolunu seçməlidir" deyib.

Alexander Lukashenko ilə görüşdə Pompeo ABŞ-ın Belarusun suverenliyini və müstəqilliyini dəstəklədiyini söylədi. O, Belarus və Rusiyanın uzun müddət qonşuluq münasibətlərinin olduğunu başa düşdüyünü vurğulayıb.

"Ancaq biz və onlar (ABŞ və Rusiya) arasındakı seçimdən danışmırıq. Diplomatik münasibətlərdən danışırıq" deyən Pompeo yaxın gələcəkdə - uzun fasilədən sonra ABŞ-ın Minskə səfir göndərəcəyini vurğulayıb.

Pompeo insan hüquqları mövzusunun ABŞ üçün vacib olduğunu vurğulayıb. Onun Belarus müxalifətinin nümayəndələri ilə görüşəcəyi də gözlənilir.

Lukashenko səfərə görə Pompeoya təşəkkür edərək, keçmiş ABŞ administrasiyasını ikitərəfli münasibətlərdə "anlaşılmazlıq" üçün günahlandırıb.

Belarus prezidenti Pompeonun səfərindən əvvəl "düşmənlər" in təxribat xarakterli materiallar dərc etdiklərini deyib, amma düşmənlərin kimlər olduğunu deməyib. ABŞ Dövlət katibinin səfəri bir sıra Rusiya mediası tərəfindən tənqid olunub.

XS
SM
MD
LG