Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 21:29

“Bizdə azadlıq var, kim istəsə, Əli Kərimlinin evinin qabağına yığışa bilər”


Bakıda aksiyada saxlananlar...
Bakıda aksiyada saxlananlar...

►ABŞ Dövlət Departamentinin 2015-ci il insan haqları hesabatına Azərbaycanda fərqli baxışlar var

"ABŞ Dövlət Departamentinin 2015-ci ildə dünyada insan haqlarının durumu ilə bağlı illik hesabatında Azərbaycana aid deyilənlər doğrudur."

Hüquq müdafiəçisi Arzu Abdullayeva belə düşünür və əlavə edir ki, keçən il bu sahədə xeyli gərginlik yaşanıb. Ancaq bu il durum müsbətə doğru irəliləyib:

“2015-ci ildə vəziyyət çox pis idi. 2016-cı ilin əvvəlində də, hələ ki, düzəlməmişdi. Axır zamanlarda isə siyasi məhbusların azad olunması sanki vəziyyətə bir az təsir edib. Düzdür, qanunlarla, qrant siyasəti ilə bağlı vətəndaş cəmiyyətinin vəziyyəti dəyişməyib. Üç ildir vətəndaş cəmiyyəti heç bir dəstək almır. Ancaq ən böyük problem – siyasi məhbuslar məsələsində müsbət dəyişikliklər var. Bu, bizi bir az ruhlandırır. Bizə bu sahənin yaxşıya doğru inkişaf edəcəyini düşünmək imkanı verir. İnkişaf edirdi də. Ancaq Qarabağda yeni müharibə dalğası yaranandan siyasi məhbuslar məsələsində yenə də ləngimə hiss eləyirik”.

Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, hökumət ifadə, sərbəst toplaşma və təşkilatlanma azadlıqlarının məhdudlaşdırılması üçün səylərini davam etdirir. İnsan haqları fəallarına, jurnalist və vətəndaş cəmiyyəti nümayəndələrinə, bəzi hallarda isə onların qohum və yaxınlarına qarşı sual doğuran ittiham və mühakimələrdən, qısnama və təqiblərdən istifadə edilir.

Sənəddə deyilir ki, hökumət həmçinin QHT-lərin fəaliyyətini bloklamaq məqsədilə siyasi motivli həbslərdən, cinayət araşdırmalarından istifadə edir: “Hökumət dinc azad düşüncənin cəzalandırılması üçün ədliyyə sistemindən faydalanır”.

“İqtidar planlı şəkildə siyasi azadlıqları yox etmək istiqamətində fəaliyyət göstərir”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, hesabat ölkədəki vəziyyəti tam əks etdirir. Sərbəst toplaşma azadlığına gəlincə, hökumət son günlər onun evinin qarşısında toplaşanların “hüquqlarını təmin edir”:

“İndi YAP-ın bir nümayəndəsi durub desə ki, “niyə deyirsiniz ki, sərbəst toplaşma azadlığı yoxdur? Kim istəyir gedib Əli Kərimlinin evinin qarşısında toplaşıb ona qarşı şüarlar səsləndirə bilər”, buna təəəccüblənmərəm. Azərbaycanda dövlət səviyyəsində məqsədyönlü şəkildə sərbəst toplaşma azadlığı da, təşkilatlanma imkanları da, media azadlığı da, insanların özünü ifadə eləmək imkanları da – hamısı məhdudlaşdırılır. İqtidar rəsmən elan etmədən ölkədə təkpartiyalı sistem yaratmağa çalışır. Hakimiyyət planlı şəkildə ölkədə siyasi müxalifəti, siyasi azadlıqları və hüquqları məhdudlaşdırmaq, hətta yox etmək istiqamətində fəaliyyət göstərir. Sadəcə, ona görə yox edə bilmirlər ki, nə bu günkü dünya buna imkan verəcək qədər diqqətsiz, nə də Azərbaycan xalqı bunların arzuladıqları qədər qorxaq deyil”.

___________________________________________________________

Bunlara da bax:
Astara qəbiristanlığında başdaşılar sındırılıb
Azərbaycan ABŞ insan haqları hesabatında tənqid edilir

___________________________________________________________

“Deyilənlərlə razılaşmaq olmaz”

Ədliyyə Nazirliyinin insan haqları şöbəsinin müdiri Faiq Qurbanov isə hesabatdakı tənqidlərlə razı deyil.

“Heç bir halda təzyiqlər və s. kimi məsələlərlə razılaşmaq olmaz. Ona görə ki, bu istiqamətdə konkret addımlar atılır. Cənab prezidentin elə axırıncı əfv sərəncamı ilə xeyli insan azadlığa buraxıldı. O cümlədən, bu təşkilatların maraq dairəsində olan şəxslər də. Hərçənd ki, ayrı-seçkilik aparılmamalıdır. Kimlərisə maraqlandıran şəxslərin üzərində ölkə haqqında hər hansı bir təsəvvürün yaradılması yanlış yanaşmadır. Hesab edirik ki, belə hallar yoxdur və heç vaxt da olmayıb. Hər kəs konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunub və qanuna uyğun da cavab verib. Hər hansı bir qərəzli yanaşmadan, kiminsə təqib olunmasından söhbət gedə bilməz. Sərbəst toplaşmaq azadlığına gəldikdə isə, hər bir şəxs bu hüququnu həyata keçirə bilir. Bununla bağlı heç bir məhdudlaşdırma yoxdur”.

Hesabatda hökumətin, daha öncə olduğu kimi, insan haqları pozuntuları ilə bağlı rəsmilərin cəzalandırılması üçün heç bir addım atmadığı da vurğulanır.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun radio proqramında

12 yaşlı məktəblinin Putinə çətin sualı
Azərbaycanı Kuba, Venesuela kimi sərt tənqid edirlər

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

"ABŞ Azərbaycana iki yol təklif edir"
Putin Qarabağdakı qanlı toqquşmadan danışdı

Buna da bax: Putin Qarabağ haqda danışır

Putin Qarabağ haqda danışır
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00

XS
SM
MD
LG