Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:23

ABŞ Qarabağdakı gərginliyin 'dərhal' azaldılmasına çağırır


Kortni Ostrian
Kortni Ostrian

Vaşqinqton Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə izləyir və gərginliyin daha da artmasının qarşısının alınması üçün “dərhal addımların” atılmasına çağırır.

ABŞ-ın ATƏT-dəki missiyasının avqustun 9-da verdiyi bəyanatda belə deyilir.

ABŞ-ın ATƏT-dəki missiyasının xüsusi daimi nümayəndəsi Kortni Ostrian tərəfindən səsləndirilmiş bəyanatda deyilir:

“Birləşmiş Ştatlar Dağlıq Qarabağ ətrafında intensiv döyüşlər, habelə xəsarət alanlar və itkilər barədə xəbərlərdən dərin narahatlığını bildirir. Biz vəziyyəti diqqətlə izləyirik və gərginliyin daha da artmasının qarşısının alınması üçün dərhal addımların atılmasına çağırırıq”.

Bəyanatda deyilir ki, ABŞ ATƏT-in Daimi Şurasında dəfələrlə Dağlıq Qarabağla əlaqədar bütün qalan məsələlərin danışıqlı, hərtərəfli və davamlı həllinə çağırıb.

ABŞ dəstək verməyə hazırdır

Diplomat xatırladıb ki, ABŞ dövlət katibi Entoni Blinken ötən həftə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışıqlarında “de-eskalasiyaya və gərginliyin azaldılması üçün birbaşa təmaslara” çağırıb:

“Birləşmiş Ştatlar eyni cür düşünən partnyorlarla istər ikitərəfli əsasda, istərsə də ATƏT-in Minsk qrupunun həmsədri qismində Ermənistan və Azərbaycan arasında dialoqun təşkilinə və münaqişənin uzunmüddətli siyasi həllinin əldə olunmasına kömək etməyə hazırdır”.

Avqustun 3-də Qarabağda vəziyyət yenidən gərginləşib. Azərbaycan qarşı tərəfi provokasiyada günahlandırıb, bir əsgərin həlak olduğunu, buna cavab olaraq Qarabağda bəzi yüksəkliklərə nəzarəti bərpa etdiyini bildirib.

Qarabağdakı tanınmayan qurum isə iki əsgərin öldürüldüyünü, 15 nəfərin yaralandığını deyir. Onlar Azərbaycan qüvvələrini təmas xəttini pozmaqda ittiham edirlər.

Rusiya Müdafiə Nazirliyinin bu məsələlərlə bağlı həmin vaxt məlumatında da atəşkəsin Azərbaycan tərəfdən pozulduğu vurğulanırdı.

Xankəndi Azərbaycanın əldə etdiyi yeni ərazilər barədə açıqlama vermir
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG