Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:20

Trump 8 ölkədən gələnlərə yeni qadağalar qoydu


Azadlıq heykəli
Azadlıq heykəli

ABŞ prezidenti Donald Trump səkkiz ölkədən Birləşmiş Ştatlara gedənlərə yeni qadağalar qoyub, yəni vaxtı bitmiş səyahət qadağasını əvəzləyib.

Trump-ın sentyabrın 24-də imzaladığı sənəddə Çad, İran, Liviya, Şimali Koreya, Somali, Suriya, Venesuela və Yəmən vətəndaşlarına aid olunacaq qadağalar sadalanır.

Sudan vətəndaşlarına məhdudiyyətlər qaldırılıb. Ancaq İraqdan gələnlər gücləndirilmiş yoxlamaya məruz qalır, səyahət qadağasından isə azaddırlar.

Bu qaydalar oktyabrın 18-də qüvvəyə minəcək. Oktyabrın 10-da isə məhkəmə Trump-ın öncəki qadağasının hüquqi tərəflərinə dair dinləmə keçirəcək.

«Amerikanı təhlükəsiz etmək mənim prioritetimdir. Təhlükəsizliyini yoxlaya bilmədiyimiz şəxsləri ölkəmizə buraxa bilmərik», – Trump Twitter-də yazıb.

DAHA HƏDƏFLİ MƏHDUDİYYƏTLƏR?

Birləşmiş Ştatlara səyahətin məhdudlaşdırılması tədbirlərinə bunlar daxildir – Suriya kimi ölkə vətəndaşlarına viza verilməsi qeyri-müəyyən müddətə yasaqlanır; Venesuela vətəndaşlarına qeyri-mühacir vizalarının verilməsi dayandırılır və sairə.

Siyahıda cəmi iki qeyri-müsəlman ölkəsi var – Venesuela və Şimali Koreya.

Qüvvədə olan qadağa isə beynəlxalq qəzəb doğurmuş, məhkəmə iddialarına yol açmışdı. Martda qüvvəyə minən qadağanın müddəti sentyabrın 24-də başa çatır.

Çexiya miqrant qəbulundansa cərimə ödəməyi üstün tutur
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

Rəsmilər yeni məhdudiyyətləri əvvəlkindən daha hədəfli adlandırırlar. Hər bir ölkəyə qarşı konkret qadağalar olsa da, ümumilikdə, bu ölkələrin vətəndaşları Birləşmiş Ştatlara daimi mühacirət edə bilməyəcəklər. Çoxunun Amerikaya işləməyə, oxumağa, yaxud istirahətə gəlməsi də yasaqlanır. Bu haqda «The New York Times» qəzeti yazır.

Məsələn, İran tələbə mübadiləsi proqramları çərçivəsində vətəndaşlarını Birləşmiş Ştatlara göndərə biləcək, amma onlar da daha ətraflı yoxlamaya məruz qalacaqlar.

VİZASI OLANLARA AİD DEYİL

Venesuela hökumətinin bəzi rəsmilərinin və ailə üzvlərinin ABŞ-a getməsi qadağan olunur.

Somalililər daha Birləşmiş Ştatlara mühacirət edə bilməyəcəklər, amma əlavə yoxlamadan keçərək səyahətə gedə bilərlər.

Bakı sakinlərinin Amerika arzusu
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

Administrasiya rəsmilərinin sözlərinə görə, yeni qaydalar Birləşmiş Ştatların daimi rezidentlərinə aid deyil. Eləcə də, siyahıdakı ölkələrdən əlində vizası olanların da vizası ləğv edilməyəcək. Yəni, bu o deməkdir ki, artıq ABŞ-da olan tələbələr təhsillərini, şirkətlərdə çalışanlarsa vizalarının vaxtı bitənədək çalışa biləcəklər. Viza müddəti bitənlər qadağaya məruz qalacaq.

Birləşmiş Ştatlara qaçqın kimi getmək istəyənlərə isə yeni qaydalar aid deyil. Hazırda qaçqınların girişi prezidentin əvvəlki səyahət qadağasıyla yasaqlanıb. Administrasiya rəsmiləri qaçqınlar üçün yeni qaydaların hazırlandığını, bir neçə günə elan ediləcəyini bildiriblər.

REAKSİYALAR

Prezidentin yeni qaydalarına reaksiyalar yubanmayıb. İlkin qadağanı tənqid edənlər yeni qaydalardan da narahatlıq dilə gətiriblər.

«Prezident Trump-ın hədəfə aldığı ölkələrdən altısının əhalisi, əsasən, müsəlmanlardır. ABŞ-a az sayda vətəndaşı gedən Şimali Koreyanın, eləcə də Venesueladan bir neçə hökumət rəsmisinin siyahıya əlavə olunması yeni sərəncamın müsəlman qadağası olması faktını ört-basdır etmir», – Amerika Mülki Azadlıqlar Birliyinin icraçı direktoru Anthony D.Romero deyib.

«Prezident Trump-ın müsəlmanları hədəfə almaqla işlətdiyi günah digərlərini düşmən siyahısına salmaqla müalicə oluna bilməz», – Romero vurğulayıb.

Ancaq administrasiya rəsmiləri prezidentin səyahət qadağasının müsəlmanları hədəfə almadığını, hər bir ölkənin təhlükəsizlik qabiliyyətinə uyğun dəyərləndirmə aparıldığını bildirir.

XS
SM
MD
LG