Keçid linkləri

Təcili xəbərlər
2023, 06 Dekabr, çərşənbə, Bakı vaxtı 06:09

ABŞ və Ukraynanın Qara dənizdə keçirdikləri hərbi təlimlər başa çatdı


Foto arxiv
Foto arxiv

ABŞ-la Ukraynanın Qara dənizdə keçirdikləri birgə hərbi təlimlər başa çatıb.

Bu barədə AzadlıqRadiosu Ukraynanın müdafiə nazirliyinə istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki,“ Sea Breeze 2018” təlimləri iyulun 9-dan keçirilirdi.

Bu təlimlərdə Böyük Britaniya,Gürcüstan, Yunanıstan,Bolqarıstan,Estoniya,Litva,Moldova, Polşa və Rumınya da daxil olmaqla 19 ölkədən 2 mindən çox hərbçi iştirak edirdi.

Təlimlərə 30-dək hərbi gəmi, sualtı qayıq, onlarla təyyarə və vertolyot cəlb edilmişdi.

Buna da bax: "NATO gəmiləri Odessada"

Ukrayna prezidenti Petro Poroshenko bu təlimlərin ”hibrid müharibələrinin sponsorları və təşkilatçılarına cavab” olduğunu bəyan edib.

O, həmçinin hərbçilər qarşısında çıxış edərkən bildirib ki, Rusiya ilhaq etdiyi Krımda, Qara və Azov dənizi hövzələrində hərbi qruplaşmalarını genişləndirməkdə davam edir.

Buna da bax:" Rusiya Krımda S-400 raketləri yerləşdirib".

Rusiyanın xarici işlər nazirliyi isə bu təlimləri “alovla oyun” adlandırıb.

Rusiya hesab edir ki, bu Qara dənizdə gərginliyi artırır.

XS
SM
MD
LG