Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:37

ABŞ Türkiyəyə iyulun 31-dək vaxt verib


ABŞ müdafiə naziri əvəzi Patrick Shanahan və Dövlət katibiMike Pompeo
ABŞ müdafiə naziri əvəzi Patrick Shanahan və Dövlət katibiMike Pompeo

ABŞ, Türkiyənin Rusiyadan S-400 hava hücumlarından müdafiə kompleksi almaq fikrindən daşınması üçün Ankaraya iyulun 31-dək vaxt verib.

Əks halda Birləşmiş Ştatlar Türkiyəyə F-35 təyyarələrinin satışını dayandıra bilər.

AzadlıqRadiosunun iyunun 8-də Reuters və digər informasiya agentliklərinə istinadla verdikləri məlumata görə, ABŞ müdafiə nazirinin müavini Ellen Lord iyunun 8-də jurnalistlərə deyib ki, əgər Ankara Rusiyayla S-400 raket müqaviləsini ləğv etməsə, türkiyəli pilotların F-35 təyarələri ilə bağlı ABŞ-da təlim keçməsi dayandırlacaq.

O qeyd edib ki, qoyulmüş müddət, Türkiyə tərəfinin düşünməsinə kifayyət qədər vaxt verir.

ABŞ-ın müdafiə naziri əvəzi Patrick Shanahan da türkiyəli həmkarına bununla bağlı məktub göndərib.

Vaşinqton və onun NATO-dakı müttəfiqləri deyirlər ki, Rusiya istehsalı olan S-400 zenit-raket kompleksi F-35 təyyarələri barədə məxfi informasiyalar əldə edə bilər . Bundan başqa ABŞ və NATO rəhbərlikləri dəfələrlə bəyan ediblər ki, həmin kompleksləri NATO ordusuna uzlaşdırmaq mümkün deyil.

Türkiyə prezidenti Racep Tayyip Erdogansa dəfələrlə bəyan edib ki, Ankara Rusiya ilə sövdələşmədən imtina etməyəcək.

Türkiyə prezidenti Tayyip Erdogan, Istanbul, 4 iyun, 2019
Türkiyə prezidenti Tayyip Erdogan, Istanbul, 4 iyun, 2019

Buna da bax: Erdogan: Türkiyə S400 sazişindən əl çəkməyəcək

NATO-da ABŞ-ın müttəfiqi olan Türkiyə , S-400 raket kompleksləri ilə bağlı təlim keçmək üçün artıq Rusiyaya hərbi heyət də göndərib.

Amma Ellen Lord deyib ki, bu kursdan dönmək üçün Türkiyənin hələ ki, vaxtı var.

ABŞ rəsmiləri, Türkiyənin ABŞ istehsalı olan “Patriot” hava-hücumlarından müdafiə sisteminə dönməsini tələb edirlər.

Erdogansa deyib ki, Ankara bunun mümkünlüyünə yalnız o halda baxa bilər ki, Vaşinqtonun bu müqavilə ilə bağlı şərtləri,Moskvanınkı kimi yaxşı olsun.

Son vaxtlar ABŞ-la Türkiyə arasındakı münasibətlərin gərginləşdiyi müşahidə olunur.

Buna da bax:Vaşinqton və Ankara arasında S-400 və F-35 ixtilafı dərinləşir

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG