Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:14

ABŞ qanunsuz miqrantları deportasiya etməyə hazırlaşır


Hondurs qaçqınları ABŞ-a gedir,21 oktyabr, 2018
Hondurs qaçqınları ABŞ-a gedir,21 oktyabr, 2018

ABŞ hakimiyyəti qanunsuz miqrantları ölkədən deportasiya etməyə hazırlaşır.

ABŞ kütləvi informasiya vasitələrinin məlumatına görə, ölkənin immiqrasiya və gömrük xidməti istirahət günləri deportasiyasına order verilmiş ailələri saxlamaq üçün 10 şəhərdə reydlər keçirəcəklər.

İdarədən verilən məlumata görə, bu təxminən iri şəhərlərdə yaşayan 2 min adama aid olacaq.

Bura immiqrasiya məhkəmələri olan, Atlanta, Baltimor, Çikaqo, Hyuston, Los-Anceles, Mayami, Yeni Orlean, Nyu-York və San-Fransisko kimi şəhərlər daxildir.

İdarələrdən verilən məlumata görə, bütün məhkəmə instansiyasından keçmiş ailələr deportasiya olunacaq.

Onlar, konsulluqlardan geri dönmık üçün sənədlər alınanadək, xüsusi ailə mərkəzlərində saxlanacaqlar.

İmmiqrasiya və gömrük idarəsi bildirib ki, ailələrin parçalanmasına yol verilməməsi üçün bütün mümkün imkanlara əl atacaq.

Belə hallar ən çox valideynlər ABŞ-a qeyri-qanuni yollarla gəldikdə və uşaqları orda doğulduqda baş verir.

Çünki ABŞ qanunlarına görə, orda doğulan uşaqlar bu ölkənin vətəndaşı sayılır.

İdarənin məlumatına görə, qeyri-rəsmi rəqəmlərə görə hazırda ölkədə 10 milyondan çox qanunsuz miqrant var.

Son vaxtlar Meksika sərhədindən ABŞ-a keçənlərin sayı xeyli artıb.

Xatırladaq ki, qanunsuz miqrantlara qarşı mübarizə prezident Donald Trump-ın seçkiqabağı əsas vədlərindən biri idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG