Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 06:14

Amerikalıların yarısı rusların seçkiyə müdaxiləsinə inanır


Haker

Sorğular göstərir ki, amerikalıların yarısı rusların ölkədəki prezident seçkilərinə müdaxiləsinə inanır. «The Wall Street Journal» qəzetinin NBC telekanalıyla birgə apardığı sorğuda iştirak edənlərin 51%-i buna əmin olduğunu deyib. Amma rusların müdaxiləsinin səsverməyə təsirinə inananlar azdır. Bu 51%-dən yalnız 26%-i əmindir ki, rus hakerlərinin müdaxiləsi olmasaydı, Donald Trump uduzardı. 63%-i rus hakerlərinin seçki prosesinə təsir edə bilmədiyini söyləyib.

ABŞ kəşfiyyat orqanları Rusiyanın seçki prosesinə müdaxilə etdiyini, rus hakerlərin demokratların kompüterlərinə hücumları nəticəsində bəzi sənədləri ortaya çıxarmaqla, həmçinin sosial media və mətbuatda genişmiqyaslı əməliyyatlarla ictimai rəyə təsir göstərməyə çalışdığını deyirlər.

Buna da bax-Putin Trump-a dair iddiaları 'cəfəngiyat' adlandırıb

36% KƏŞFİYYATA İNANMIR

NBC kanalı və «The Wall Street Journal»ın sorğuları göstərir ki, Birləşmiş Ştatlar əhalisinin 36%-i kəşfiyyatın məlumatlarına inanmır. D.Trump-a səs verənlərinsə 86%-i onun qələbəsinin xarici müdaxilənin nəticəsi olmadığını deyib.

Rusiya da ittihamları dəfələrlə rədd edib. Bu günlərdə Rusiya prezidentinin sözçüsü Dmitry Peskov Moskvanın bu bəyanatları «tam bir axmaqlıq» hesab etdiyini söyləyib.

Donald Trump
Donald Trump

Başqa bir sorğu- Kvinnipek Universitetinin apardığı sorğu göstərib ki, ABŞ əhalisinin 53%-i prezident B.Obama-nın Rusiyaya sanksiyalarını dəstəkləyir. Amma bu məsələdə demokratlarla respublikaçıların rəyi tam fərqlidir. Demokratların 79%-i, respublikaçılarınsa cəmi 29%-i sanksiyalara tərəfdar olduğunu bildirib.

Kəşfiyyat rusların seçkiyə müdaxiləsi barədə bilgilərin təsdiqləndiyini elan edəndən sonra ABŞ Rusiyaya əlavə sanksiyalar tətbiq edib, hətta rus diplomatlarının çoxunu ölkədən çıxarıb.

Buna da bax-Obama Ağ evdən sonrakı həyatını yoluna qoyur

POPULYARLIĞI DA AŞAĞIDIR

Sorğular həm də amerikalıların 33%-nin D.Trump-la V.Putin-in yaxın dost münasibətlərinə inandığını göstərib. Respondentlərin 34%-i bunun tam əksini düşündüyünü bildirib.

NBC kanalı və «The Wall Street Journal»ın sorğuları həmçinin, D.Trump-ın populyarlığının öz sələfləriylə müqayisədə çox az olduğunu bir daha təsdiqləyib. Respondentlərin 54%-i onun prezidentliyə yaramadığını söyləyib.

Trump-ınkeçid dövrü davranışını isə respondentlərin cəmi 40%-i müsbət qiymətləndirib. 2009-cu ildə B.Obama-yla bağlı sorğularda onun bu göstəricisinin 80% olduğu üzə çıxmışdı. Keçmiş prezidentlərdən George W.Bush əhalinin 72%-nin, Bill Clinton 81%, George H.W.Bush isə 82%-nin xeyir-duasını almışdı.

NBC kanalı və «The Wall Street Journal»ın sorğuları bundan əvvəlkiləri – CNN və «Gallup» sorğu mərkəzinin nəticələrini təsdiqləyib.

XS
SM
MD
LG