Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 08:47

Lavrovla Blinken Əfqanıstanı müzakirə ediblər


ABŞ Dövlət katibi Antony Blinken və Rusiyanın xarici işlər naziri Sergei Lavrov
ABŞ Dövlət katibi Antony Blinken və Rusiyanın xarici işlər naziri Sergei Lavrov

Böyük Britaniyanın baş naziri Boris Jonhson isə Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün sənayecə inkişaf etmiş Böyük yeddilər (G7) ölkələrinin virtual görüşünü keçirmək istəyir.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov və ABŞ dövlət katibi Antony Blinken telefonla Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.

Bu barədə Reüters agentliyi avqustun 16-da Rusiyaya istinadla xəbər yayıb.

Məlumata görə, onlar həmçinin bu məsələnin Çin, Pakistan və BMT ilə müzakirəsini davam etdirmək razılığına gəliblər.

Rusiyanın xarici işlər nazirliyi bildirib ki, Blinken Kabildəki ABŞ səfirliyinin əməkdaşlarının köçürülməsi və kəskin hümanitar böhranlar da daxil olmaqla, Vaşinqtonun bu yöndə gördüyü tədbirlər barədə Lavrova məlumat verib.

Lavrov da ona, Əfqanıstandakı vəziyyətə Rusiyanın baxışları, sabitliyi təmin etmək üçün ordakı siyasi qüvvələrlə əlaqələri barədə məlumat verib.

Qeyd edək ki, Taliban hərəkatının yaraqlıları avqustun 15-də Əfqanıstanın paytaxtı Kabili də zəbt ediblər və beləliklə demək olar ki, Kabil hava limanını çıxmaq şərtilə indi bütün ölkə ərazisi onların nəzarətinə keçib.

ABŞ və digər ölkələr Kabildəki diplomatik missiyalarının əməkdaşlarını çıxarmağa başlayıblar.

Bu prosesi təmin etmək üçün, hava limanına hazırda orda qalan beynəlxalq koalisiya qüvvələri nəzarət edir.

Amma Rusiyanın avqustun 16-da yaydığı məlumata görə, Taliban onlara vəd edib ki, Rusiya səfirliyi təhlükəsiz şəkildə öz fəaliyyətini davam etdirə bilər.

Lavrob həmçinin çinli həmkarı Wang Yi ilə telefon əlaqəsi saxlayıb, Əfqanıstandakı vəziyyətin regiona mümkün təsirlərini müzakirə edib.

Britaniya Böyük 7-lər ölkələrini bir araya gətirmək istəyir

Böyük Britaniyanın baş naziri Boris Jonhson isə Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün sənayecə inkişaf etmiş Böyük yeddilər (G7) ölkələrinin virtual görüşünü keçirmək istəyir.

Bu barədə Reüters agentliyi avqustun 16-da Jhonsonun ofisinə istinadla məlumat yayıb.

Johnson bu məsələni telefonla Fransa prezidenti Emmanuel Macronla müzakirə edib. Onun sözlərinə görə hər iki lider razılığa gəliblər ki, Fransa ilə Böyük Britaniya Əfqanıstan probleminin həllində BMT təhlükəsizlik şurası ilə əməkdaşlıq etməlidir.

Böyük Britaniyanın xarici işlər naziri Dominic Raab bundan əvvəl bildirmişdi ki, London Talibanın davranışından aslı olaraq Əfqanıstana qarşı sanksiyalar tətbiq edə və yardımı dayandıra bilər.

Qeyd edək ki, bütün bunlar, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri mayın 1-dən Əfqanıstanı tərk etdikdən sonra baş verib.

XS
SM
MD
LG