Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:31

Pompeo: ABŞ ilkin şərtsiz İranla danışıqlara hazırdır


ABŞ Dövlət katibi Mike Pompeo və İsveçrənin xarici işlər naziri Ignazio Cassis , 2 iyun , 2019 İsveçrə
ABŞ Dövlət katibi Mike Pompeo və İsveçrənin xarici işlər naziri Ignazio Cassis , 2 iyun , 2019 İsveçrə

"ABŞ ilkin şərtsiz İranla danışıqlara hazırdır".

Reutersin məlumatına görə, bunu ABŞ Dövlət katibi Mike Pompeo bəyan edib.

Amma dövlət katibi belə bir şərt də irəli sürüb ki, İran göstərməlidir ki, “özünü normal ölkə kimi aparmaq istəyir”.

Pompeo iyunun 2-də İsveçrədə bu ölkənin xarici işlər naziri İqnatsio Kassis-lə görüşüb. İran ətrafında yaranmış vəziyyət, görüşün əsas mövzularından biri olub.

Qeyd edək ki, ABŞ-la İran arasında diplomatik münasibətlər olmadığından, Vaşinqtonun İrandakı maraqlarını İsveçrə təmsil edir.

Pompeo-nun dedikləri, İran prezidenti Hassan Rohani-nin bu yaxınlarda verdiyi bəyanata bir reaksiyadır.

Rohani bu günlərdə deyib ki, əgər ABŞ İrana hörmətlə yanaşsa danışıqlara gedə bilərlər.

Amma ABŞ Dövlət katibi qeyd edib ki, Vaşinqton Tehranın Yaxın Şərq regionunda “ziyanlı fəaliyyətinin” qarşısını almaq üçün ona təzyiqləri davam edəcək.

İranla Birləşmiş Ştatların münasibətləri son bir ildə daha da pisləşib.

Vaşinqton ötən il, İranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxandan sonra ona qarşı iqtisadi sanksiyaları bərpa edib.

Həmin saziş 2015-ci ildə imzalanıb.

ABŞ prezidenti Donald Trump ötən il sazişi tənqid edərkən demişdi ki, bu razılaşmada İranın raket və nüvə proqramları, habelə onun Yaxın Şərqdəki “ziyanlı fəaliyyətləri” nıəzərə alınmayıb.

Son həftələrdə Hörmüz boğazı ətrafında baş verənlər isə gərginliyi xeyli artırıb.

Ayın əvvəllərində ABŞ regiona əlavə hərbi qüvvələr göndərdiyini bildirib. Vaşinqtopn bildirir ki, bu, İrandan gələ bilən “real təhlükələrin” qarşısını almaq üçündür.

ABŞ və Səudiyyə bu günlərdə Birləşmiş Ərəb Əmirlikləri sahilində neft tankerlərinə hücumlara görə İranı ittiham edirlər. Tehran bu iddiaları qətiyyətlə rədd edir.

Buna da bax: Məkkə sammitində İranı pisləyirlər

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG