Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Trump: ABŞ yaxın günlərdə Çinlə ticarət razılaşması imzalayacaq


Donald Trump və Xi Jinping
Donald Trump və Xi Jinping

ABŞ yanvarın 15-də Çinlə ticarət razılaşmasının ilkin hissəsi barədə saziş imzalayacaq.

Bunu ABŞ prezidenti Donald Trump Yeni il ərəfəsində deyib.

Onun sözlərinə görə imza mərasimi Ağ evdə olacaq.

Prezident həmçinin qeyd edib ki, çox yaxın vaxtlarda isə razılaşmanın ikinci mərhələsi ilə bağlı danışıqlar başlanacaq.

Qeyd edək ki, 2018-ci ildən bu yana ABŞ-la Çin arasında “ticarəd müharibəsi” gedir.

ABŞ həmin vaxt bir sıra Çin mallarına gömrük rüsümunu qaldırmışdı.

Vaşinqton Pekini, ABŞ istesalçılarının maraqlarını pozmaqda və texnologiya oğurlamqda günahlandırdı.

Çin hakimiyyəti isə bütün ittihamları rədd edirdi.

Donald Trump 2019-cu il dekabrın ortalarında tərəflərin, sazişin birinci mərhələsi ilə bağlı razılığa gəldiklərini bəyan elədi.

Onun sözlərinə görə, Çin ABŞ-dan kütləvi kənd təsərrüfatı məhsulları və digər mallar almaq razılığına gəlib.

Vaşinqtonla Pekin bundan sonra rüsumlarının qaldırılmasından qarşılıqlı şəkildə vaz keçdilər.

XS
SM
MD
LG